Bu mövzu fevralın 11-də, Vaşinqtonda amerikalı təhlilçilərin iştirak etdiyi tədbirdə müzakirə olunub. Tədbiri ABŞ Ordusunun Komandanlıq və Baş Qərargah Kollecinin Mədəniyyət və Bölgə Araşdırmaları Ofisi təşkil edib. ABŞ-ın Bakıdakı keçmiş səfiri, Corc Meyson Universitetinin professoru Riçard Kozlariç bu tədbirdə deyib ki, üzü yaza münaqişə yenidən qızışa bilər. O, Azadlıq Radiosuna müsahibəsində fikirlərini belə əsaslandırır: “Narahatam ki, havalar düzələndə, üzü yaza doğru hər iki tərəf hərbi tədbirlər görmək həddinə gəlsinlər. Читать дальше...
Dünyanın neft ticarəti və təhlili sahəsində nüfuzlu adları neft qiymətlərinin daha bir artım dövrünün başlana biləcəyini deyirlər. Oilprice.com saytının yazdığına görə Goldman Sachs bankından Cefri Karri və JPMorgan şirkətindən Kristyan Malek bildiriblər ki, onlar neft qiymətlərinin daha bir “superartımının” yaxınlaşdığına inanırlar. Onlar neft qiymətlərinin bir barrel üçün 80, hətta 100 dollara çatacağını düşünürlər. Lakin 2008-2014-cü illər arasında neft qiymətinin $100+ proqnozunu düzgün vermis neft təhlilçisi Arjun Murti deyir ki... Читать дальше...
Riçard Kauzlariç davamlı sülhə nail olmaq üçün beynəlxalq ictimaiyyətin prosesə cəlbini vacib sayır.
Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan fevralın 17-də Dağlıq Qarabağ üzrə razılaşmaların iicrası məsələsini müzakirə ediblər. Bu barədə məlumatı Rusiyanın dövlət TASS xəbər agentliyi Kremlin mətbuat xidmətinə istinadən yayıb. Məlumatda deyilir ki, iki lider telefon söhbətində Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyantlarından irəli gələn vəzifələrin praktik icrası məsələsini müzakirə ediblər. Kreml bildirir ki... Читать дальше...
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Rusiyadan müxalifətçi Aleksey Navalnının vəsatətinə cavab olaraq onun dərhal azad olunmasını tələb edib. Bu sənədin surəti Navalnının saytında dərc olunub. Məhkəmənin reqlamentinə görə o müstəsna hallarda vəsatətin təmin edilməsi tədbirləri barədə qərar qəbul edə bilər. Belə qərarların icra olunması cavabdeh tərəf üçün icbaridir. Bu addım həmin hallarda atılır ki, vəsatətin təmin edilməməsi onu verənin həyatı üçün birbaşa risk yaradır. Lakin Rusiya Ədliyyə Nazirliyi bu yaxınlarda bildirib ki... Читать дальше...
Mədəniyyət Nazirliyi nəzdində Azərbaycan Dövlət nəfəs alətləri orkestrinin keçmiş bədii rəhbəri, rüşvət almaqda suçlanaraq həbs olunan Lütfi Qədirov deyir ki, Mədəniyyət Nazirliyi heç konsertlərdə zəruri xərcləri qarşılamırdı.
Filmlərdə aktyorlar çox böyük məharət nümayiş etdirdikləri zaman bizi sərxoş, yaxud dəlicəsinə aşiq olduqlarına inandıra bilirlər.
Son aylar Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərləri davam edib.
Minalarla bağlı maarifləndirmə əhalini nəzarətsiz və icazəsiz qayıdışdan çəkindirmək üçün vacibdir
Bir neçə il öncə ağzını tikib aclıq edən, hazırda isə həbsdə olan ictimai fəal Nicad İbrahim deyir ki, uzun müddət polis özbaşınalığı ilə üzləşib – pulu əlindən alınıb, haqsız cəzalandırılıb.
Rus dilinin Dağliq Qarabağda rəsmi dil olacağı ilə bağlı açıqlama Azərbaycanda etirazla qarşılanıb.