Birləşmiş Ştatlar bildirib ki, Vaşinqton 2015-ci ildə İranla imzalanmış sazişin öhdəliklərinə tamamilə qayıtmaq əzmindədir, amma Tehranın da eyni addımı atmasını istəyir. Bundan az əvvəl İran BMT-nin nüvə müfəttişlərini özünün nüvə obyektlərinə buraxmayacağı ilə hədələmişdi. ABŞ dövlət katibi Entoni Blinken BMT-nin Tərksilah Konfransında etdiyi çıxışında bildirib ki, Vaşinqton Donald Trampın 2018-ci ildə çıxdığı razılaşmaya qayıtmağa hazırdır. Blinken deyib ki, ABŞ 2015-ci il sazişinin gücləndirilməsinə tərəfdardır. Читать дальше...
Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan RIA Novosti agentliyinə müsahibəsində deyib ki, erməni tərəfi Rusiyanın bu ölkədəki 102 nömrəli hərbi bazasının genişləndirilməsində və gücləndirilməsində maraqlıdır. Nazir habelə Gümrüdəki bazanın müəyyən bölmələrinin ölkənin şərq sərhədində yerləşdirilməsinin məqsədəuyğunluğundan danışıb. Arutyunyan deyib ki, Ermənistan keçmiş sovet respublikalarının arasında sərhədləri Rusiya hərbçiləri tərəfindən qorunan yeganə dövlətdir. Nazir bildirib ki... Читать дальше...
II Qarabağ müharibəsi zamanı könüllü şəkildə orduda xidmət etdiklərini bildirən bir qrup şəxs şikayətçidir.
Artıq bir neçə aydır cəbhə bölgəsində xidmət edən hərbi qulluqçulara verilən ikiqat əməkhaqqının yarıya qədər azaldılması ilə bağlı şikayətlər eşidilir.