Bakıda ictimai nəqliyyatdakı avtobuslardakı sıxlıq 10 günlük Novruz bayramı tətilindən sonra daha da artıb. Bir yandan da ölkədə COVID-19 virusuna yoluxma halı artır, artıq aktiv xəstə sayı 20 mini keçib.
Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel martın 30-da Rusiya prezidenti Vladimir Putinlə onun ölkəsində istehsal olunan Sputnik V vaksinindən Fransa və Almaniyada mümkün istifadə məsələsini müzakirə ediblər. Müzakirə videkonfrans formatında keçirilib. Hazırda Avropa Dərman Vasitələri Agentliyi (EMA) Sputnik V vaksininin Avropada qeydiyyata alınmasına dair Moskvanın müraciətini nəzərdən keçirir. Paris və Berlin EMA-nın müsbət cavab verəcəyi təqdirdə Sputnik V vaksinini idxal etməyə hazır olduqlarını bildiriblər. Читать дальше...
Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal zirvə görüşü keçirilib. Zirvə görüşündə çıxış edən prezident İlham Əliyev II Qarabağ Müharibəsi haqqında məlumat verib. O, müharibənin başlanmasından öncə bəzi məsələlərdən bəhs edib: “ ... Qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamentinin Şuşa şəhərinə köçürülməsi və parlament üçün binanın inşa edilməsi də, - bu bina indi məhv ediləcək, yaxud söküləcək, - təxribat xarakterli addım idi”. Читать дальше...
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ondan prezident və vitse-prezidentə şikayət etdiyinə görə 77-yaşlı qadını və onun övladlarını cərimələtdirib.
"Bu günədək 25 mobil tipli şəhərcik istismara verilib. Aprelin 5-dək bütün sülhməramlılar yaşayış yeri ilə təmin olunacaq”, – Bulqakov deyib.
İnsanların çoxu öz bacarıqlarından danışmağa çəkinir, bunun lovğalıq kimi görünəcəyindən ehtiyat edir.
İndeks 156 ölkəni əhatələyir. Bu ildən indeksə salınan Əfqanıstan sonuncu – 156-cı yerdə qərarlaşıb
2020-ci ildə pandemiyanın təkcə insanların səhhətinə deyil, onların öz hüquq və fundamental azadlıqlarından təhlükəsiz istifadəsinə də təsir göstərdiyi bildirilir
Görəsən, Hollivud tarixinin ən qeyri-adi sayılan bu ilində "ən yaxşı film" nominasiyasında "Oskar" mükafatını hansı film qazanacaq?
Foreign Policy jurnalının Pentaqon və milli təhlükəsizlik reportyoru Cek Deç yazır ki, ötən payız Azərbaycan Dağlıq Qarabağda gedən hava müharibəsində Türkiyə istehsalı PUA-lar və kamikaze dronları ilə qalib gələndə, ABŞ-ın ordu strateqlərinə bir məsələ aydın oldu: İndi artıq qoşunları “tutmaq” və məhv etmək həm asan, həm də ucuz olub. Məqalədə deyilir ki, çox da baha olmayan döyüş dronları yaxın gələcəkdə mövqelərini tərk edən, məsələn yuyunmağa gedən əsgərləri bir anda məhv edəcək. ABŞ ordusunun Asimmetrik Müharibə Qrupunun başçısı... Читать дальше...
Birləşmiş Ştatlar martın 30-da Suriya müharibəsindən zərər çəkənlərə humanitar yardım üçün 600 milyon dollara qədər vəsait ayırdığını bəyan edib. Bəyanatda deyilir ki, bu vəsait rejim və onun müttəfiqi Rusiya tərəfindən hava zərbələri də daxil, çoxsaylı vəhşiliklərlə üzləşənlər üçün nəzərdə tutulub. Dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir ki, ABŞ-ın yardımından Suriyada 13.4 milyon, habelə Türkiyə, Livan, İordaniya, İraq və Misirin qaçqın düşərgələrindəki 5.6 milyon suriyalı faydalanacaq... Читать дальше...