Qazaxıstanın Xarici İşlər Nazirliyi Çin hökumətindən xahiş edib ki, bu ölkədəki etnik qazaxların ricasına baxsın. Bu şəxslər Çinin Sintzyan rayonunda saxlanan yaxınlarının azad olunmasını xahiş edirlər. Qazaxıstanın xarici işlər naziri Muxtar Karibay martın 12-də paytaxt Nur-Sultanda jurnalistlərə deyib ki, onlarca etnik qazax artıq bir aydır Almatıdakı Çin konsulluğunun qarşısında piket keçirir. Nazirin sözlərinə görə, o da Çinin diqqətini qazaxların probleminə cəlb edib: "Biz Çin tərəfini... Читать дальше...
Avropa Şurasının Nazirlər Komitəsi martın 12-də Azərbaycan hökumətini insan haqları fəallarının və hökumət tənqiçilərinin hüquqlarının dərhal bərpa olunmasına çağırıb. Bu da bildirilir ki, söhbət Məmmədli qrupunun Azərbaycana qarşı şikayətindən gedir. Nazirlər Komitəsi xatırladır ki, Məmmədli qrupunda hər bir ərizəçinin Avropa İnsan Haqları Konvensiyası üzrə 18 və 5-ci maddələrlə hüquqları pozulub. Komitə qeyd edir ki, söhbət hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının, hüquq müdafiəçilərinin... Читать дальше...
Rusiya prezidenti Vladimir Putin martın 11-də və 12-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla telefonda söhbət edib. Kremlin rəsmi saytında bildirilir ki, söhbətlər zamanı Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il razılaşmalarının yerinə yetirilməsinin vəziyyəti müzakirə olunub. Atəşkəsə əməl olunması və regiondakı vəziyyətin bütövlükdə sabit və sakit olması faktı razılıqla vurğulanıb. Xəbərdə deyilir ki, İlham Əliyev və Nikol Paşinyan... Читать дальше...
Martın 12-də Xəzər rayonu, Türkan qəsəbəsində yaşayan 91-yaşlı Xumara Şabanova, 81-yaşlı Əzizəxanım Atayeva və 80-yaşlı Tamara Süleymanova etiraz aksiyası keçirib.
Azərbaycanda dünən, martın 11-də keçirilən sonuncu valyuta hərracında 62.3 mln. dollar satılıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı bildirib ki, 2020-ci ilin iyulunda dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunduqdan az sonra vəkilindən imtina etməsi səbəbsiz deyildi.
Azərbaycan Müdafiə Nazirliyinin martın 10-da yaydığı məlumata görə, martın 15-dən 18-dək əməliyyat-taktiki təlimləri keçiriləcək
Martın 8-də Bakıda qadınların keçirdiyi etiraz aksiyasının təşkilatçılarından biri olan ictimai fəal, psixoloq Nərmin Şahmarzadə Facebook hesabının ələ keçirilməsi və şəxsi fotoları, yazışmalarının yayılması ilə əlaqədar məhkəməyə müraciət edəcək.
Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəylinin 17-yaşlı oğlunun ölkədən çıxışına qadağa ilə bağlı məhkəmə qərar çıxarıb.
Bloqerin fevralın 18-də əllə yazdığı məktub sosial mediada yayılıb. Bu, Belsat-dan iki jurnalistə iki il həbs cəzası kəsiləndən sonra baş verib
Kaliforniyanın qubernatoru Qeyvin Nyusom onun azadlığa buraxılmasına qarşı çıxırdı. Sözçüsü “AFP”yə deyib ki, qərardan şikayət verilməyəcək
Dünya Ərzaq Proqramının İcraçı Direktoru Deyvid Bisli deyib ki, COVID-19 və aclıq pandemiyası aclıq həddinə sürüklənən insanların sayını 135 milyondan 270 milyona qaldıra bilər
Martın 1-də İstanbulda məhkəmə ifadə azadlığı fəallarının xeyrinə qərar çıxararaq prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə suçlanan iki aktyoru sərbəst buraxıb.