Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirlməsinə dair razılaşma əldə olunmayıb. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu barədə bəyanatı müxalif “Maariflənmiş Ermənistan” parlament fraksiyasının rəhbəri Edmon Marukyan verib. O bundan əvvəl baş nazir Nikol Paşinyanla bir saatadək davam edən danışıqlarda olub. Tərəflər başqa bir müxalifət partiyası “Çiçəklənən Ermənistan” fraksiyasının məsələyə münasibəti müəyyən edildikdən sonra təkrar danışıqlar aparmaq barədə razılığa gəliblər. Читать дальше...
Laçın rayon İcra Hakimiyyətinin baş məsləhətçisi olmuş Amil Əhmədov Suriyada vuruşmaqda suçlanaraq hakim qarşısına çıxarılıb.
Amerika Birləşmiş Ştatlarında (ABŞ) yerləşən insan hüquqları təşkilatı "Freedom House" martın 3-də açıqladığı hesabatda Azərbaycanı "qeyri-azad" ölkələrin sırasına daxil edib.
Martın 3-də Tverskoy Məhkəməsinin hakimi Aleksey Krivoruçko AzadAvropa/AzadlıqRadiosu-na kəsilmiş cərimələri təsdiqləyib
Azərbaycan iqtisadiyyatı “əsasən azad” hesab olunub, 70.1 balla 38-ci pillədə qərarlaşıb
“Sağlam pəhriz hər gün çoxlu meyvə və göyərti qəbulu, gündəlik səhər yeməyindən, tərkibində şəkər, doymuş və trans yağlar, duz olan ərzağın istifadəsini azaltmaqdan ibarətdir”
NİDA Vətəndaş Hərəkatının həbsdə olan fəalı Elmir Abbasov deyir ki, cibindən çıxdığı iddia olunan narkotiki ora polislərin özləri atmışdı.
Martın 3-də Ermənistan müxalifəti Milli Məclisin qarşısında daha bir mitinq keçirib. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bugün müxalif “Vətənin xilası” hərəkatının nümayəndələri ölkə prezidentinin baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılmasına dair baş nazir Nikol Paşinyanın fərmanı ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcəyini gözləyirdilər. Lakin prezident Armen Sarkisyan bu addımı atmayıb. Bununla əlaqədar “Vətənin xilası” hərəkarının baş... Читать дальше...