ABŞ dövlət katibi Entoni Blinken Türkiyəyə deyib ki, Ankara Rusiyanın istehsalı olan S-400 raket sistemlərini işlətməməlidir. ABŞ Dövlət Departamentinin bu bəyanatı martın 24-də Blinken Brüsseldə keçirilən NATO sammitində Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu ilə görüşdükdən az sonra verilib. Bəyanatda deyilir ki, cənab Blinken Türkiyəni bu raketləri özündə saxlamamağa çağırıb. İki NATO müttəfiqi arasında S-400 hava hücumundan müdafiə sisteminə görə fikir ixtilafı bir xeyli müddətdir ki, davam edir. Читать дальше...
Rusiya Dövlət Duması martın 24-də seçkilər və referendumlar haqqında ölkə qanunvericiliyinin Konstitusiyaya düzəlişlərə uyğunlaşdırılması haqqında qanunu üçüncü və sonuncu oxunuşda qəbul edib. Sözü gedən düzəlişlərin arasında hazırkı prezident Vladimir Putinə prezidentliyə yenidən namizədliyini vermək imkanı qazandıran müddəa da var. Həmin düzəlişə görə bir nəfərin prezident postunu tutması müddətlərini məhdudlaşdıran maddə hazırkı prezidentə onun bundan əvvəlki prezidentlik müddətlərini nəzərə almadan şamil edilir. Читать дальше...
Cəlilabad rayonunun Soltankənd kəndinin sakini Əzizxan Əliyev "Şərur" Mənzil-Tikinti Kooperativinə (MTK) qarşı 2 milyon manat təzminat tələbi ilə iddia qaldırıb.
Azərbaycanda bir ildən çoxdur vətəndaşlara satmaq öhdəliyi ilə mənzillər kirayəyə verilir.
Əldə olunmuş informasiyalar son illərdə neft oğurluğuna nəzarət edən əsas strukturun FTX olduğunu göstərir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin bir ilə yaxındır həbsdə olan mühafizəçisi Niyaməddin Əhmədova ailə üzvləri ilə telefon danışığına hələ də icazə verilmədiyi bildirilir.
"Better Days" (Daha yaxşı günlər) adlı Çin filmi ötən il yayın əvvəli dünya ekranlarına çıxmalı idi...
Rumıniyalı sənədli film rejissoru Aleksander Nanau faciəli bir yanğını araşdıran araşdırmaçı jurnalistləri çəkməyə başlayanda hələ heç kim onların ifşa edəcəyi dəhşətli korrupsiyanın səviyyəsini təsəvvürünə gətirmirdi.
NATO-ya daxil ölkələrin xarici işlər nazirləri bəyan ediblər ki, bu Qərb alyansı “yüksələn hədələr və sistematik rəqabət” şəraitinə uyğunlaşmaqda davam edəcək. Onlar vurğulayıblar ki, “Rusiyanın aqressiv hərəkətləri Avroatlantika təhlükəsizliyinə hədə təşklil edir”. Martın 23-də Brüsseldə keçirilən görüşün ilk günündə nazirlərin verdiyi birgə bəyanatda alyansın üzləşdiyi hədələrdən bəhs olunur: "Aqressiv və avtoritar güclər və qeyri-dövlət oyunçuları hibrid hücumlar və kiberhədələrlə, yeni... Читать дальше...