Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Şahin Hacıyevin dünən, martın 19-da inzibati qaydada həbs olunduğu bildirilir. AXCP-dən AzadlıqRadiosuna verilən məlumata görə, Ş.Hacıyevi polis martın 17-də axşam saatlarında Gəncədə yaşadığı evindən aparıb: "Polis Şahin bəyin evinə gələrək onu aparıb. Martın 19-u Kəpəz Rayon Məhkəməsinin qərarı ilə o, 30 sutka inzibati qaydada həbs edilib. Şahin Hacıyevin rəsmi hansı maddə ilə həbs olunduğu bilinmir". Partiyadan bildirilib ki, Ş.Hacıyevin... Читать дальше...
Azərbaycanda bayramqabağı qiymətlərdə artım müşahidə olundu. Bu, daha çox ən vacib ərzaq məhsullarının qiymətində özünü göstərdi. Ekspertlər qeyd edir ki, bazarlarda 20 gün öncə ilə müqayisədə qiymətlərdə 6-8 faiz bahalaşma var. Dörd nəfərlik ailənin Novruz bayramı (20,21 mart) üçün ortaq süfrə xərci 200 manat civarındadır. Hər il bayram qabağı qiymət artımı niyə müşahidə olunur? “Xüsusi tövsiyələr verilir» İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti-ndən... Читать дальше...
Astaranın həftəlik rayonlararası Pensər bazarında ( Bazara martın 14-də baş çəkmişdik) qələbəlikdir. Kələm satan Bərdə sakini deyir ki, bunun səbəbi var: “Qarşıdan Novruz bayramı gəlir. Kələmin bir kiloqramını 50-60 qəpiyə satırıq. Qazanc azdır. Əkmək, yetişdirmək, yol xərci. Mayasından 4-5 qəpik bahasına satırıq.” Yaxınlıqda pomidor satan gənc bir oğlan da məhsulunu tərifləmklə alıcı qazanmaq istəyir. O deyir: “ Alıcılıq qabiliyyəti çox aşağıdır ” “İlin bu vaxtında pomidorun 1 kiloqramı... Читать дальше...
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Cıdır düzündə Novruz bayramı ilə bağlı tonqal alovlandırıblar. Sonra dövlət başçısı xalqa müraciət edib. “Əziz bacılar və qardaşlar, mən sizin hamınızı Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm! Bütün Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzulayıram!”, deyə o çıxışının əvvəlində qeyd edib. Prezidentin vurğulamasına görə, bizim bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd etməyimiz tarixi hadisədir... Читать дальше...
Azərbaycanda bu gün, martın 20-i Novruz bayramı qeyd edilir. Novruz yazın gəlişinin simvoludur, mənası “Yeni gün”dür.Azərbaycanda əsrlərdir keçirilir. Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. 2009-cu il sentyabrın 30-da Novruzu UNESCO qeyri-maddi mədəni irs siyahıya daxil edib. 2010-cu il fevralın 23-də isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib. Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının hesablamasına görə... Читать дальше...
Bosniya-Herseqovina rəsmiləri martın 19-da Rusiyanın NATO ilə bağlı hədələrini rədd ediblər. Rusiya Bosniya-Herseqovina ilə NATO arasında yaxınlaşma ilə bağlı narahatlığını bildirmişdi. Bosniya prezident üçlüyünün xorvat üzvü Zelko Komsiç Moskvanı Bosniyanın daxili işlərinə qarışmaqda ittiham edib. Komsiç deyib ki, hədəli bəyanatlar nə NATO üzvləri, nə də Bosniya-Herseqovina üçün məqbul deyil. O bildirib ki, bu, Rusiyanın NATO-nun Avropada genişlənməsini dayandırmaq məqsədilə apardığı geosiyasi oyundur. Читать дальше...