Ukrayna prokurorluğu 23 rusiyalı müğənniyə və incəsənət adamına qarşı cinayət işləri qaldırıb. Onlar Krım körpüsünün açılmasına həsr edilmiş tədbirdə iştirak ediblər. Ukrayna bu müğənniləri onun ərazisinə qanunsuz daxil olmaqda ittiham edir. Kiyev dünya ölkələrinin əksəriyyəti kimi Krım yarımadasını Rusiya tərəfindən işğal olunmuş ərazisi hesab edir. AzadlıqRadiosunun Rus xidməti yazır ki, prokurorluğun məlumatında barələrində cinayət işi qaldırılmış sənətçilərin adları açıqlanmır, amma sözü... Читать дальше...
“Mən əminəm ki, Artak Davtyan özünün missiyasını başladığı kimi də davam etdirəcək”. AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, baş nazir Nikol Paşinyan bu sözləri martın 22-də Artak Davtyanı silahlı qüvvələrin ali zabit heyətinə baş qərargah rəisi kimi təqdim edərkən deyib. Paşinyan xatırladıb ki, Davtyan baş qərargah rəisi vəzifəsini xidmətlə əlaqədar olmayan səbəblərə görə tərk edib. Baş nazir bununla yanaşı bildirib ki, Davtyanla əlaqə həmişə saxlanıb, çünki onun potensialından... Читать дальше...
Avropa Şurasının prezidenti Şarl Mişel Rusiya prezidenti Vladimir Putinə deyib ki, Rusiya ilə Avropa İttifaqı arasındakı münasibətlərin səviyyəsi “aşağı həddə” enib və fikir ayrılıqları bir çox sahələrə aiddir. Buna cavab olaraq Rusiya lideri Avropa İttifaqını “qarşıdurma siyasəti” yürütməkdə ittiham edib. Mişel və Putin martın 22-də, Avropa İttifaqı iki Çeçenistan rəsmisinə insan haqları pozuntularına görə sanksiyalar elan edəndən sonra və Aİ liderlərinin Rusiya-Avropa münasibətlərini müzakirə... Читать дальше...
Avropa İttifaqı Çinin Sintzyan vilayətində əsasən müsəlman uyğurlara qarşı insan haqları pozuntularına görə bu ölkənin dörd rəsmisinə və bir tikinti şirkərinə sanksiyalar qoyub. Pekin buna cavab olaraq 10 Avropa rəsmisinə cavab sanksiyaları elan edib. İttifaqın Rəsmi Jurnalında martın 22-də dərc olunmuş məlumatda deyilir ki, Sintzyan İctimai Təhlükəsizlik Bürosunun direktoru və Sintzyan Uyğur Muxtar Regionu hökuməti başçısının müavini Çen Minquo, regionun qanunvericilik orqanı rəhbərinin müavini Ju Haylun... Читать дальше...
Azərbaycanda artıq bir müddətdir ki, ayrı-ayrı vətəndaşlar onlarda ciddi xəstəlikləri olduğu halda əlillik dərəcəsinin düzgün, bəzən isə heç təyin edilməməsi ilə bağlı şikayətlər səsləndirirlər.
Ən çox artım təqaüd, pensiya və digər sosial ödənişlərin verilməsi üçün nəzərdə tutulan sosial kartlardadır.
Yasmila Jbaniçin insanı çalxalayan "Quo Vadis, Aida?" filmi 1995-ci ildə baş vermiş Srebrenitsa qırğını haqdadır.
“Bu o deməkdir ki, hökumət yenə də iqtisadiyyata aşağı faiz dərəcəsi siyasəti ilə stimul verməyə çalışacaq”