“Bu yeni situasiyada biz vəzifə qoymalıyıq ki, Ermənistanın yolları olsun, yeni yollar, yeni kommunikasiyalar açılsın”. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu sözləri baş nazir Nikol Paşinyan martın 28-də Armavir vilayətinə səfəri zamanı deyib. Baş nazir deyib ki, bugün bütün ölkənin iqtisadiyyatı ümidini Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars keçidinə bağlayıb və o da günlərlə bağlı ola bilir. Paşinyan bildirib ki, elə hazırda bu keçid bağlıdır və orada yüzlərlə maşın növbə gözləyir. Читать дальше...
Ötən həftə H&M, Burberry, Nike, Adidas və başqa Qərb şirkətlərinin Sintzyan vilayətində yetişdirilən pambıqdan hazırlanmış mallar satması ilə bağlı şərhlər səslənəndən bəri bu şirkətlər Çində boykotla üzləşiblər. ABŞ və Qərb hökumətləri Çini onun Sintzyan vilayətində insan haqlarının pozulmasında ittiham edirlər. Reuters agentliyi yazır ki, martın 29-da Sintzyan vilayəti hökumətinin sözçüsü deyib: “Mən düşünmürəm ki, şirkət özünün iqtisadi siyasətini siyasiləşdirməlidir. H&M bundan sonra da Çin bazarından pul qazana bilərmi? Читать дальше...
"Maroon 5"ın solisti Adam Levin bir dəfə "daha qruplar yoxdur" dediyinə görə məsxərəyə qoyulub. Ancaq rəqəmlərə baxsaq, onun haqlı olduğunu görərik.
Bakı sakini Samir Rzayev deyir ki, həkim səhvi və xəstəxanadakı antisanitariya ucbatından oğlu yataq xəstəsinə çevrilib.