Qlobal media gözətçisi – Sərhədsiz Reportyorlar Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və bu ölkənin bir neçə yüksək vəzifəli rəsmisinə qarşı cinayət işinin açılması üçün Almaniya məhkəməsinə müraciət edib. Almaniya baş prokuroruna martın 1-də təqdim edilmiş 500 səhifəlik şikayət ərizəsində jurnalist Xaşoqqinin 2018-ci ildə Səudiyyənin İstanbul konsulluğunda qətlə yetirilməsindən başqa, 30-dan çox jurnalistin qanunsuz saxlandığı iddia edilir. Sərhədsiz Reportyorların baş... Читать дальше...
Birləşmiş Ştatlar və Avropa İttifaqı Rusiya müxalifətçisi Aleksey Navalnının zəhərlənməsi və həbs edilməsinə görə Moskva üzərinə yeni koordinasiyalanmış sanksiyalar elan edib. Bayden administrasiyası ABŞ-ın Moskva ilə münasibətlərində “çox fərqli” yanaşma nümayiş etdirəcəyini bildirsə də, əlavə edib ki, Kremlin “qəbulolunmaz davranışlarına” Avropa müttəfiqləri ilə vahid cəbhədən cavab veriləcək. Vaşinqton martin 2-də bildirib ki, ABŞ kəşfiyyatının qiymətləndirməsində Navalnının zəhərlənməsinin... Читать дальше...
Azərbaycan Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə ərzaq 5-ə faizə yaxın bahalaşıb. Amma müstəqil ekspertlər bəzi ərzaq məhsullarının 20 faizdən çox bahalaşdığını vurğulayırlar.
Ermənistan prezidenti Armen Sarkisyan bəyan edib ki, o silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılması barədə baş nazir Nikol Paşinyanın təklifini qəbul etmir. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun martın 2-də yazır ki, Armen Sarkisyan bunun əvəzində siyasi böhrandan tez bir zamanda çıxılması üçün məsləhətləşmələr aparır. Sarkisyan bu məqsədlə baş nazir və general-polkovnik Onik Qasparyanla göüş keçirib. Millətin daha da parçalanmaması üçün Prezident vurğulayıb ki... Читать дальше...
Azərbaycan dövləti indiyə kimi ölkənin ərazi bütövlüyü uğurunda həlak olan 9 min 200-dək şəxsin ailəsinə və o cümlədən müharibə əlillərinə mənzil, fərdi ev verib.
Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli oğlunun ölkədən çıxışına icazə verilməsi üçün yenidən məhkəməyə üz tutub. Bu məsələ hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırılır. Keçmiş deputat 17 yaşlı oğlu Toğrulun Almaniyada universitetə qəbul edildiyini təsdiqləyən sənədi məhkəməyə təqdim edib. Hakimlər qərar veriblər ki, növbəti məhkəmə iclasında uşağın atası dəvət olunsun, Toğrulun ölkədən çıxışına razı olub-olmaması haqda fikrini açıqlasın. Bu səbəbdən məhkəmə martın 10-na qədər təxirə salınıb. Читать дальше...
Cəlilabadda polis iki nəfəri – Rüfət Zaitov və İsmayıl İsmayılovu güllələyib. Güllə Zaitovun ayağından, İsmayılovun isə sinəsindən dəyib. Onlara qarşı külli miqdarda narkotik ittihamı irəli sürülüb.
Martın 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurultayının keçirilməsi gözlənir.
Səhiyyə sistemində ən böyük boşluq isə kadr çatışmazlığı ilə bağlıdır
Ötən il dekabrın 28-də Ponomaryovun adı Ədliyyə Nazirliyinin “xarici agent”in funksiyasını icra etməkdə suçlanan media siyahısına salınıb
"USA Today" qəzeti yazır ki, Hillari Klinton rəfiqəsi, yazıçı Luiza Penni ilə birlikdə "State of Terror" romanını yazmağa başlayıb.
"The Father" (Ata) fransız dramaturqu Florian Zellerin rejissorluq debütüdür.