Kijabə qəsəbəsi Astara rayonun dağlıq ərazisində yerləşir. Yolmuz da bu qəsəbəyədir. Qəsəbənin əsas yolu asfaltlaşdırılsa da, ara yollar təmirsizdir. Qəsəbə sakini Təbriz Həndəmov deyir ki, bu illər ərzində azca asfalt yol salınıb, bir də təzə məktəb tikilib: “Cavanlar daş karxanalarına işləməyə gedirlər” “Kim təzə yaşayış üçün fərdi ev inşa edibsə, bilin ki, ya Rusiyada işləyir, ya da biznesi var. İşsizlikdir. Cavanlar daş karxanalarına işləməyə gedirlər. İki ildən sonra onlarin da belində yırtıq əmələ gəlir, əlilə çevrilirlər. Читать дальше...
Bu gün,martın 13-də böyük bir qrup jurnalist, boger və qeyri hökumət təşkilatları (QHT) rəhbərləri işğaldan azad olunmuş Ağdam rayonuna səfər edib. Nümayəndə heyətini səfərin təşkilatçısı, Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşaiyət edir. Jurnalist Kamran Mahmudovun verdiyi məlumata görə, Ağdam rayonuna səfərdə 6 avtobusda 130-a yaxın təmsilçi var. Səfər proqramına Ağdam şəhəri, onun tarixi və mədəniyyət abidələri ilə tanışlıq daxildir. Читать дальше...
AzadlıqRadiosunun Erməni xidməti Azatutuyun bildirir ki, Ermənistan prezidentinin martın 13-də keçirmək istədiyi dəyirmi masanın həyata keçirilməsi qeyri-mümkündür. Bu barədə məlumatı prezident Armen Sarkisyanın ofisi yayıb. Məlumatda deyilir ki, hakim “Mənim addımım” və parlament müxalifətindən “Maariflənmiş Ermənistan” partiyalarının fraksiyaları dəyirmi masa arxasında oturmağa razılıq veriblər. Lakin “Çiçəklənən Ermənsitan” və “Vətənin xilası” partiyaları görüşdə iştirak üçün öz şərtlərini irəli sürüblər. Читать дальше...