Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən “Vətənin xilası” hərəkatının koordinatoru İşxan Saqatelyan deyib ki, onlar iyunun 20-də növbədənkənar seçkinin keçiriləcəyinə inanmamaq üçün ciddi əsaslara malikdirlər. Martın 19-da Saqatelyan deyib ki, hakimiyyətə qarşı etiraz aksiyaları davam etdiriləcək. İşxan Saqatelyan bildirib ki, hakimiyyət müxalifətin təzyiqi altında seçkiyə getdiyini elan edib. O deyib ki, seçkiyə razılıq verməsi Nikol Paşinyan hakimiyyətinin zəifliyindən xəbər verir. Читать дальше...
Prezident İlham Əliyev 10 noyabr atəşkəs bəyanatından sonra keçmiş Dağlıq Qarabağ vilayətinə hansısa status verilməsinin artıq aktual olmadığını deyir, amma Ermənistan rəsmilərinin statusla bağlı tələbləri davam edir. Məsələn, Ermənistanın xarici işlər naziri Ara Ayvazyan bugünlərdə Əl-Ərəbiyya telekanalına müsahibəsində deyib ki, Qarabağ münaqişəsi ərazi münaqişəsi deyil. Onun sözlərinə görə, söhbət “bir ərazidə min illərlə yaşamış bir xalqın mövcudluğunu saxlamasından və onun öz müqəddəratını həll etmək haqqından” gedir. Читать дальше...
Əfqanıstanın vəzifəli rəsmisi martin 19-da bəyan edib ki, hökumət və Taliban Moskva konfransında ölkədə uzun illərdir davam edən müharibəyə son qoyulması üçün danışıqların sürətləndirilməsi barədə razılığa gəliblər. Moskvada keçirilən Əfqanıstan konfransı Birləşmiş Ştatların öz qoşunlarını bu ölkədən çıxarması üçün qoyulmuş tarixdən 6 həftə əvvələ təsadüf edir. ABŞ qoşunları Əfqanıstana 2001-ci ildə müdaxilə edib. Əfqanıstan Milli Barışıq Ali Şurasının sədri Abdullah Abdullah RIA Novosti agentliyinə deyib ki... Читать дальше...
ABŞ-la Rusiyanın münasibətlərinin gərginləşməsi Azərbaycana nə kimi təsir göstərə bilər?
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsdə olan mühafizəçisi Niyaməddin Əhmədov haqqında cinayət işinin materiallarında Penitensiar Xidmətin məktubundan çıxarış var.
Qəbələ rayon sakini Abdulqafur Qurbanov ixtisasca həkim olan gəlininin elə həkim səhlənkarlığının qurbanı olduğunu deyir.
Rusiya hökuməti 2015-ci ildə zavodda təhlükəsizliyin gücləndirilməsinə 270 milyon dollarlıq kredit və 30 milyon dollar qrant ayırdı. Modernizasiyanın 2023-cü ildə tamamlanması gözlənir
ABŞ Senatı martın 18-də Uilyam Börnsü Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə təsdiqləyib. The Hill xəbər verir ki, onun namizədliyi yekdilliklə qəbul olunub və o bugünlərdə andiçmə mərasimindən keçəcək. Martın əvvəllərində Texas ştatından respublikaçı senator Ted Kruz Börnsün təsdiqlənməsini bloklamışdı. Senator prezident Co Baydendən Rusiya qazını Almaniyaya nəql edəcək Şimal Axını 2 kəmərinin tikintisinə sərt sanksiyaların qoyulmasını tələb edirdi. Martın 18-də Dövlət Departamenti... Читать дальше...
Rusiyada Rusiyanı Avropa ölkəsi hesab etməyənlərin sayı getdikcə artır. Levada ictimai rəyi öyrənmə mərkəzinin bu ilin fevralında apardığı sorğunun nəticələrinə görə rusiyalıların yalnız 29 faizi Rusiyanı Avropa ölkəsi hesab edir. Bunun əksini düşünənlər 64 faiz təşkil edirlər. Bu nisbət 2019-cu ildə müvafiq olaraq 37 və 55 faiz idi. CurrentTime saytı yazır ki, sosioloqlar ümumilikdə 2008-ci ildən bəri öz ölkəsini Avropa ölkəsi hesab edən rusiyalıların az qala iki dəfə azaldığını – 52 faizdən 29 faizə düşdüyünü deyirlər. Читать дальше...