Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyana istefa verməyi və toxunulmazlıq qarantiyası ilə xaricə getməyi təklif edib. AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, Ter-Petrosyanın fikrincə bu, dövlətin, xalqın və Paşinyanın maraqlarından doğan yeganə çıxış yoludur. Lakin Milli Məclisin müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Koçaryan mart;n 16-da “Erməni Milli Konqresi” liderinin təklifini yersiz saydığını bildirib: “...Yəqin, birinci prezidentimiz o motivi nəzərdə tutur ki... Читать дальше...
Britaniyanın baş naziri Boris Conson parlamentin İcmalar Palatasına ölkənin 2030-cu ilə qədər xarici siyasət və müdafiə doktrinasını təqdim edib. “Təhlükəsizliyə, müdafiəyə, inkişafa və xarici siyasətə kompleks baxış” adlı sənəddə Rusiya Avroatlantika regionunda ən kəskin hədə adlandırılır. Moskva və Pekindən gələn təhlükələrin dəf edilməsi məqsədilə doktrinada ölkənin nüvə arsenalının ixtisarı məsələsinə yenidən baxıldığı qeyd olunur. Bundan əvvəlki illərdə London nüvə xərclərinin azaldılacağını bəyan edirdi. Читать дальше...
Azərbaycan son beş ildə İsraildən 100 kamikaze tipli dron- Harop alıb. Bunu AzadlıqRadiosuna müsahibəsində SIPRI - Stokholm beynəlxalq sülh araşdırmaları institutunun araşdırmaçısı Aleksandra Kuimova bildirib. O əlavə edib ki, SIPRI statistikanı yalnız açıq mənbələrdən götürür və bu rəqəmlər bütün mənzərəni əks etdirməyə bilər. SIPRI-nin son hesabatına görə, Azərbaycan son beş ildə ümumiyyətlə silahların təqribən 70 faizini İsraildən alıb. Qurum bildirir ki, açıq mənbələrdə Azərbaycanın Türkiyədən... Читать дальше...
BMT-nin nüvə agentliyinin başçısı bəyan edib ki, ABŞ-ın 2015-ci ilin nüvə sazişinə qayıtması mümkündür, amma hər iki tərəf danışıqlara hazır olduqlarını nümayiş etdirməlidir. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bunu martin 16-da Avropa Parlamentinin üç komissiyası ilə videokonfransda deyib. Keçmiş ABŞ prezidenti Donald Tramp 2018-ci ildə öz ölkəsini birtərəfli qaydada sözü gedən sazişdən çıxarıb. Lakin yeni prezident Co Bayden bildirib ki, o Vaşinqtonun bu beynəlxalq sazişə qayıtmasını istərdi. Читать дальше...
Ayvazyan deyib ki, Ermənistan ötən il noyabrın 9-da imzalanmış üçtərəfli atəşkəs razılaşmasına aralıq həll kimi baxır
Azərbaycanda "Vətənpərvərlik tərbiyəsi haqqında" Qanun qəbul oluna bilər.
Sosial-iqtisadi inkişafın milli öncəlikləri kağızda və gerçək həyatda üst-üstə düşmür
Ehtiyatda olan general-leytenant Rövşən Əkbərov həbs olunub.
Martın 15-də Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli, Xocavənd rayonlarında olublar.
Azərbaycan tərəfi 249 ermənidən 112 nəfərin kimliyini müəyyənləşdirə bilmədiyini bildirir
ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi səfiri Zalmay Xəlilzadın Moskvada keçiriləcək konfransa qatılacağını bildirib. Reuters yazır ki, Baydenin bu addımı dərin fikir ayrılıqlarına baxmayaraq ABŞ və Rusiyanın bir sıra məsələlərdə əməkdaşlıq edə biləcəyini göstərir. Həm Moskva, həm də Vaşinqton Əfqanıstanda keçid hökumətinin yaradılmasına tərəfdardırlar. ABŞ Dövlət Departamentinin sözçüsü Calina Porter mətbuat konfransında deyib ki, Moskva konfransı “Əfqanıstanda... Читать дальше...