Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ağır işgəncələrə məruz qaldığını deyir.
Martın 10-da ölkənin müxtəlif bölgələrindən gələn bir qrup əlil və əlil valideyni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşdılar.
2021-ci ildə "Təhsil-tələbə krediti" sisteminin yaradılması nəzərdə tutulub. Bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında bildirilib.
2020-ci ilin iyulunda Bakıda keçirilmiş orduya dəstək yürüşündən sonra həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalları saxlanılarkən işgəncəyə məruz qaldıqlarını deyirlər.
Yerevandan alınan xəbərlərdə deyilir ki, martın 9 -da Baqramyan prospektində keçirilən mitinqdə “Vətənin xilası” müxalif hərəkatının baş nazirliyə vahid namizədi Vazgen Manukyan etirazçıları Milli Məclisə gedən bütün yolları bağlamağa çağırıb. Manukyan deyib ki, bu, deputatların parlament binasına daxil olmasının qarşısını almaq üçün edilməlidir. Onun bu bəyanatından sonra polislə müxalifət tərəfdarları arasında toqquşma başlanıb. AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, buna baxmayaraq... Читать дальше...
Birləşmiş Ştatlar İran hökumətini 2007-ci ildə İranda səfərdə olarkən “oğurlanmış” keçmiş FTB agenti barədə suallara “düzgün cavablar” verməyə çağırıb. ABŞ dövlət katibi Entoni Blinken martin 9-da deyib ki, Birləşmiş Ştatlar Bob Levinsonu heç vaxt heç unutmayacaq. Martın 9-da Levinsonun yoxa çıxmasının 14-cü ildönümü tamam olub. Blinken habelə Tehranı hazırda İranda “ədalətsiz dustaqlıqda” olan bütün ABŞ vətəndaşlarını azad etməyə çağrıb. Dövlət katibi deyib ki, adamların siyasi məqsədlərlə... Читать дальше...