Bugün, yanvarın 27-də, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi Məsələlər komitəsində, Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə layihəsi müzakirəyə çıxarılıb. Hüquq müdafiəçisi Rəsul Cəfərovun AzadlıqRadiosuna verdiyi məlumata görə, bugün AŞPA-nın Hüquqi məsələlər komitəsində müzakirə edilən Azərbaycanda siyasi məhbuslarla bağlı sənəd hələlik səsverməyə çıxarılmayıb və onun əlavə müzakirə edilməsi üçün AŞPA-nın Bürosuna təqdim olunması barədə qərar qəbul olunub. Sənəddə deyilir ki... Читать дальше...
Dünya Bankı oktyabrda 2020-ci il üzrə az və ortagəlirli ölkələrə göndərişlərdəki azalmanı 7 faizə saldı. Bank bu il üçün 7.5% azalma proqnozlaşdırırdı
Rusiya martın 1-dən buğdanın ixracına tətbiq etdiyi rüsumu ikiqat artırır.
"Müharibənin ilk günlərindən biz bilirdik ki, hədəfimiz nədir və Şuşaya doğru uğurla irəliləyirdik".
AŞPA monitorinq altında olan ölkələrin hamısını üzvlük öhdəliklərinə, Avropa Şurasına qəbul olunarkən götürdükləri öhdəliklərə tam əməl etməyə çağırır
ABŞ prezidentinin andiçmə mərasimində "The Hill We Climb" adlı şeirini oxuyan 22-yaşlı Amanda Qorman ölkənin ilk gənc şair laureatıdır.
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə bağlı məhkəmə prosesi dörd aylıq fasilədən sonra davam edib.
Sənayecə inkişaf etmiş ölkələrin G7 qrupu Rusiyada Kreml tənqidçisi Aleksey Navalnının “siyasi motivlə” saxlanmasını və onun azadlığa buraxılmasını tələb edən etirazçılara qarşı “zorakı hücumu” qətiyyətlə pisləyən bəyanat yayıb. Böyük yeddilərin xarici işlər nazirlərinin yanvarın 26-da açıqlanmış birgə bəyanatında Navalnının “dərhal və qeyd-şərtsiz” azad edilməsi tələb olunur. Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Birləşmiş Krallıq və Birləşmiş Ştatlardan ibarət G7 qrupunun bəyanatında deyilir ki... Читать дальше...