Yanvarın 4-də Tarif Şurası benzinin və dizel yanacağının qiymətlərini artırıb. Bu barədə qurumun saytı məlumat yayıb. Məlumatda deyilir ki, Dövlət Neft Şirkəti (SOCAR) Şuraya müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib. Qeyd edildiyinə görə, təbii qazın qiymət artımı təklifinin iqtisadi cəhətdən əsaslandırılmasına baxmayaraq, aparılan sosial siyasət nəzərə alınaraq, Tarif (qiymət) Şurası bunu məqsədəmüvafiq hesab etməyib... Читать дальше...
2020-ci ilin son günü Azərbaycan qazı Trans Adriatik Kəmər - TAP vasitəsilə Avropaya çatdı. Artıq Azərbaycan neftlə yanaşı dünya bazarına qaz da çıxarır. Bəs, Azərbaycan qazının Avropaya satışından nə qədər gəlir gözlənilir?
Almaniya Silahlı Qüvvələri – Budesverin baş inspektoru hesab edir ki, pilotsuz təyyarələrdən, onlardan Qarabağ müharibəsində istifadə olunub deyə imtina edilə bilməz. Bundan əvvəl hökumətdəki sosial-demokratlar dronların alınması üçün sifarişi bloklamışdılar. Deutsche Welle radiosunun yazdığına görə Almaniya Silahlı Qüvvələrinin baş inspektoru Eberhard Tsorn deyib ki, ölkə ordusunun döyüş dronları ilə silahlandırılması məsələsində Sosial-Demokrat Partiyasının narahatlığını bölüşmür. Yanvarın... Читать дальше...
İran hökuməti qadınlara qarşı zorakılığı cinayət əməli kimi tanıyan qanun layihəsini təsdiqləyib. Bura qadına “fiziki və ruhi zərər” vuran hərəkətlər də daxildir. Bu barədə məlumatı yanvarın 3-də İranın qadın məsələləri üzrə vitse-prezidenti Məsumə Ebtekar özünün Twitter hesabından verib. O qeyd edib ki, qanun layihəsi “yüzlərlə saat” müddətində ekspertlər tərəfindən öyrənilib. Hökumət bu qanun layihəsini 2019-cu ilin sentyabrından bəri nəzərdən keçirirdi. İndi layihə səsə qoyulmaq üçün parlamentə göndərilməlidir. Читать дальше...
Xaçmaz sakini İsmayıl Aydəmirov prezident İlham Əliyev, 1-ci vitse-prezident Mehriban Əliyeva və Daxili İşlər naziri Vilayət Eyvazovu məhkəməyə verməyə hazırlaşır.
Keçən 2020-ci il Azərbaycanda bir neçə siyasi hadisələrlə yadda qaldı. Onların sırasında növbədənkənar parlament seçkiləri və İkinci Qarabağ savaşı ən mühüm hadisələr kimi dəyərləndirilir.