Müharibənin əvvəlindən bəri Ermənistanda məhkəmə-tibb ekspertizasına ümumilikdə 3450 meyit gətirilib. AzadlıqRadiosunun Erməni xidməti - Azatutyunun verdiyi xəbərə görə bu barədə məlumatı hökumət müşavirəsindən sonra jurnalistlərlə söhbətində Ermənistanın yeni səhiyyə naziri Anait Avanesyan bildirib. Avanesyan qeyd edib ki, hər gün 30-dək meyitin identifikasiyası üzrə ekspertiza keçirilir: “Temp bir xeyli artırılıb və biz ümid edirik ki, bu məsələdə irəliyə doğru daha sürətli hərəkət edilməlidir”. Читать дальше...
Yanvarın 20-də Ağ Evin yeni sahibi Cozef Baydenin andiçmə mərasimi keçirildi və o, prezidentlik fəaliyyətinə başladı. Birləşmiş Ştatlar həm də Qarabağ münaqişəsi üzrə danışıqlara vasitəçilik edən Minsk Qrupunun üç həmsədrindən biridir. Keçən payız Qarabağda müharibə gedəndə, özünün seçki kampaniyası dövründə Cozef Bayden hakimiyyətdə olan prezident Donald Trampa çağırış etmişdi ki, Qarabağda döyüşlərin dayanmasına nail olsun və Azərbaycan Ordusunun irəliləməsinə mane olsun. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri... Читать дальше...
Rusiya özünü müstəqil elan etmiş Cənubi Osetiya və Abxaziyada insan haqlarının pozulmasında təqsirlidir, lakin 2008-ci ilin avqustunda baş vermiş Rusiya-Gürcüstan müharibəsi zamanı bu regionlara görə məsuliyyət daşımır. Avropa İnsan Haqları Məhkəməsinin yanvarın 21-də elan edilmiş qərarında belə deyilir. Strasburqda yerləşən məhkəmə ayrıca olaraq Rusiyanı Gürcüstan əsirlərinə işgəncələr verilməsində, mülki şəxslərin azadlıq və təhlükəsizlik hüquqlarının pozulmasında, müharibə zamanı Gürcüstan... Читать дальше...
Təzə qaz sayğacları iki dəfə çox yazır? Camaat narazıdır
2019-cu ilin oktyabrında avtomobil qəzası nəticəsində xəsarət alan və hələ də komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin ailəsi yanvarın 21-də Azərbaycan Baş Prokurorluğuna dəvət olunub. Bu barədə Azadlıq Radiosuna hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev məlumat verib. Təbriz Gülalıyevin sözlərinə görə, onlar prokurorluğa baş prokuror Kamran Əliyevə müraciət ünvanlayadan sonra çağırılıblar: “Müraciətdə atamın indiki vəziyyətində günahkar olduğunu hesab etdiyimiz həkimlərin məsuliyyətə... Читать дальше...
Ağsudakı mərkəzi bazarda icarədarlar rayonun polis şöbəsinin rəhbərliyindən narazıdır.
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Türkmənistana səfər edib.
Sülh və Demokratiya İnstitutu və Siyasi Məhbusların Monitorinqi Mərkəzi siyasi məhbus sayılan şəxslərlə bağlı siyahılarını yeniləyib.