Dövlət neft şirkəti SOCAR-da idarəetmənin dəyişməsi reallıqda nəyi dəyişəcək. Prezidentin fərmanı ilə yanvarın 23-də SOCAR-ın fəaliyyətinə nəzarət üçün Müşahidə Şurası yaradılıb və ona rəhbərliyi, iqtisadiyyat naziri Mikayıl Cabbarov edəcək. ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlu deyir ki, uzun illərdir ki, qeyri-şəffaf fəaliyyət göstərən, izafi xərclər edən SOCAR-ın maliyyə durumu hazırda olduqca pisdir və şirkət 2023-cü ilə qədər bata bilər: “Belə görünür ki, SOCAR-ı xilas etmək istəyirlər. Читать дальше...
Yanvarın 25-də Nəsimi Rayon Məhkəməsində Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hüquq müdafiəçisi Oqtay Gülalıyevin işi ilə bağlı qərar elan edildi. Məhkəmə yol-nəqliyyat hadisəsini törətməkdə ittiham olunan Kənan Abdullayevi Cinayət Məcəlləsinin 263.1.-1 maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) üzrə təqsirli bilib. Ona 2 il 3 ay həbs cəzası verib. Məhkəmənin... Читать дальше...
Azel TV saytının rəhbəri, hazırda həbsdə olan Əfqan Sadıqovla bugün, yanvarın 25-də həyat yoldaşı Sevinc Sadıqova görüşüb. Bu barədə AzadlıqRadiosuna danışan Sevinc Sadıqova vurğulayıb ki, Əfqan Sadıqovun vəziyyəti ağırdır. Onun 80 gündən çoxdur ki, aclıq etdiyini deyən xanımının söyləməsinə görə, yanvarın 21-də Əfqan Sadıqovun səhhəti çox pisləşib: “Mənə dedi ki, huşunu itirməyi yadına gəlmir, gözünü açanda özünü reanimasiya otağında görüb. Müalicə Müəssisəsinin bütün personalı orada olub. Həmin gün ağrılarının da çox olduğunu bildirdi. Читать дальше...
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Zamin Salayev prokurorluğu məhkəməyə verib.
İş saatlarında azalma isə qlobal miqyasda 3.7 trilyon dollarlıq, yaxud qlobal ÜDM-də 4.4 faizlik itki deməkdir
Yanvarın 23-də prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılıb.
Bu gün, yanvarın 25-i, saat 12:00-da 44 günlük İkinci Qarabağ müharibəsində həlak olanların bəzi ailə üzvləri Tbilisi prospektində yolu bağlayaraq Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüş tələb ediblər.
Ötən həftə Norveçin DNV GL sertifikatlaşdırma şirkəti ABŞ sanksiyalarından dolayı layihədən çıxdığını təsdiqləyib