ABŞ prezidenti Donald Tramp ABŞ Konqresinin qarşısında etiraz edən tərəfdarlarına müraciət edib. O seçkinin saxtalaşdırıldığını bir daha iddia etsə də, tərəfdarlarını dağılışmağa, hüquq-mühafizə orqanlarını isə heç kəsə xəsarət yetirməməyə çağırıb. ABŞ vitse-prezidenti Maykl Pens ABŞ Konqresinin qarşısına toplaşan etirazçılara müraciətlə yazdığı tvitdə bildirir ki, “zorakılıq dayandırılmalıdır və dərhal dayandırılmalıdır”. O bildirib ki, bu zorakılıqda iştirak edənlər qanunun bütün sərtliyi ilə cəzalandırılacaqlar. Читать дальше...
Qarabağda 44 gün davam edən müharibə zamanı işğaldan azad olunan ərazilərə qayıdış planı həm də bu ərazilərin minalardan tam təmizlənməsindən aslıdır. Qeyri-rəsmi məlumatlara görə minalardan təmizləmə prosesi azı 10 il çəkə bilər. Hələlik bununla bağlı hər hansı rəsmi açıqlama yoxdur. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin - ANAMA-nın apardığı tədqiqata görə 350 milyon kvadrat metrdən 830 milyon kvadrat metrədək ərazidə 50 mindən 100 minədək mina yerləşdirildiyi güman edilir. Читать дальше...
Bu gün, yanvarın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan videomüşavirə keçirilib.
Yola salınan 2020-ci ildə Azərbaycanın iqtisadiyyatı, bir çox dünya ölkələri kimi, ciddi çətinliklərlə üzləşdi.
Regionda iqtisadi artımın lokomotivi Türkiyə olacaq, bu il 4.5, 2022-ci ildə 5%-lik artım gözlənir
Ötən il noyabrın 9-da üçtərəfli sazişin imzalanmasından saatlar öncə Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiyaya məxsus hərbi helikopterin vurulması ilə bağlı istintaq qurumlarının fəaliyyətlərinə aid müxtəlif məlumatlar yayılmaqdadır.
Rusiya və Qazaxıstan fevral və mart aylarında neft hasilatını Səudiyyə Ərəbistanının “hesabına” artıracaqlar. Səudiyyə hesab edir ki, OPEC və onun müttəfiqlərindən ibarət OPEC+ adlı alyansın qorunub saxlanması daha əhəmiyyətlidir. Riyad bildirir ki, pandemiyanın güclənməsi neftə olan tələbatı azalda və neft qiymətlərini kəskin sala bilər. Rusiya və Qazaxıstan OPEC+ qrupunun yanvarın 4-də başlanan son iclasında hasilatı günə daha 500 min barrel artırmağa çağırırdılar. Lakin Səudiyyə koronavirusun... Читать дальше...