ABŞ prezidenti Co Baydenin dövlət katibi vəzifəsinə namizədi NATO üzvü Türkiyəni müttəfiq kimi hərəkət etməməkdə günahlandırıb və deyib ki, Vaşinqton Rusiyadan müdafiə sistemləri aldığına görə Ankara üzərinə daha çox sanksiyalar qoyulması məsələsini nəzərdən keçirməlidir. Reuters agentliyi yazır ki, ötən ay Vaşinqton Ankaranın Rusiyadan S-400 havadan müdafiə raket sistemi alması ilə bağlı Türkiyə hərbi sənayesi üzərinə çoxdan gözlənilən sanksiyaları elan etmiş, Türkiyə bu addımı “böyük səhv” adlandılrmışdı. Читать дальше...
ABŞ dövlət katibi vəzifəsinə namizəd Entoni Blinken deyib ki, prezident seçilmiş Co Baydenin administrasiyası Rusiya hakimiyyətinin milyonlar və milyonlarla rusiyalının mövqeyini təmsil edən Aleksey Navalnını susdurmaq cəhdini qətiyyətlə pisləyir. Blinken Senatda keçirilən təsdiqləmə dinləməsində deyib ki, “Rusiya bu adamların səslərini eşitməlidir”. Blinken Aleksey Navalnının Almaniyadan qayıtdıqdan sonra Moskvada saxlanması barədə deyib: "Vladimir Putinin, belə görünür ki, bir adamdan belə qorxması təəccüb doğurur”. Читать дальше...
Kreml Birləşmiş Ştatlarla imzalanmış strateji silahlara nəzarət və ya qısaca Yeni START nüvə silahlarına nəzarət müqaviləsinin uzadılmasına tərəfdar olduğunu bir daha bəyan edib və bildirib ki, Moskva prezident seçilmiş Co Bayden administrasiyasının belə bir addımını alqışlayaradı. Yeni START (Strateji Silahların İxtisarı Müqaviləsi) 2010-cu ildə Moskva və Vaşinqton arasında imzalanıb və müddəti gələn ay bitməlidir. Müqavilə Birləşmiş Ştatlar və Rusiyanın strateji nüvə başlıqlarının, raketlərinin... Читать дальше...
Braziliyalı yazıçı Paulo Koelyo həyatda olan yazıçılar arasında kitabları ən çox satılan müəlliflərdən biridir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki üzvlərindən biri, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədova yeni ittihamlar irəli sürülüb.
Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə prezidentin xüsusi nümayəndəlikləri yaradılır.
Tehranın kitab mağazalarında fransız yazıçıları Alber Kamü və Simona de Bovuardan tutmuş, yəhudi müəllifi Anna Frank və rus şairi Osip Mandelştama qədər bir çox müəllifin kitablarını tapmaq mümkündür.
Paris Beynəlxalq İşlər Məktəbinin keçirdiyi virtual tədbirdə NATO-nun baş katibi Yens Stoltenberq nitq edib. O deyib ki, NATO indiki proqnozlaşdırılmayan dünyada fəaliyyət göstərməlidir. NATO alyansının internet saytında dərc edilmiş məlumata görə yanvarın 18-də keçirilən tədbirdə baş katib deyib ki, “indi düşmənlərimiz bizə təkcə mərmilər və təyyarələrlə yox, həm də bot və alqoritmlərlə meydan oxuyurlar”. Stoltenberqin sözlərinə görə şimal alyansı indiyədək təhlükələrə vaxtında cavab vermək üçün çox işlər görüb. Читать дальше...