AzadlıqRadiosunun suallarını sülhpərvər mövqeyinə görə Ermənistanda radikal millətçilərin tənqidləri və təqibləri ilə üzləşən hüquq müdafiəçisi və antimüharibə fəalı Georgi Vanyan cavablandırıb. Media xəbərlərinə görə o özününün Facebook səhifəsində Azərbaycanla dialoqa çağırdığına görə noyabrın 8-də polis tərəfindən cərimələnib. Qarabağ müharibəsinin başa çatmasından sonra Ermənistandan revanşizmə çağırışlar eşidilir. Amma bu çağırışları edənlər Ermənistan xalqının mövqeyini nə dərəcədə təmsil edirlər? Читать дальше...
Birləşmiş Ştatlar yanvarın 13-də İranın ali rəhbəri ayətüllah Əli Xameneyinin nəzarətində olan iki fonda və onların filiallarına sanskiyalar elan edib. ABŞ bildirir ki, bu qurumlar İran elitasına iqtisadiyyatın böyük sahələrinə nəzarət etmək imkanı verən “korrupsiyalı” sistemə daxildirlər. Sanksiayalar hakimiyyətdən getməkdə olan prezident Donald Trampın administrasiyası tərəfindən qoyulub. ABŞ Maliyyə Nazirliyi bildirir ki, sanksiyaların hədəfi İmam Xomeyni Fərmanlarının İcrası və Astan Qüds Rəzavi fondları... Читать дальше...
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov medianın suallarını cavablandırarkən Ermənistanın baş naziri Nikol Paşinyanın “44 günlük müharibənin kökləri” adlı məqaləsində Dağlıq Qarabağın statusu məsələsi ilə bağlı qeydlərinə aydınlıq gətirib. Sual və cavab yanvarın 13-də Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub. Paşinyanın məqaləsində bildirilirdi ki, Rusiyanın münaqişənin tənzimlənməsinə dair təkliflərində Dağlıq Qarabağın statusu məsələsinə toxunulmurdu və söhbət yalnız 7 rayonun Azərbaycana qaytarılmasından gedirdi.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli haqqında külli miqdarda vergidən yayınma ittihamıyla araşdırma aparılır.
Hesabatın Azərbaycana aid hissəsində ötənilki 44 günlük Qarabağ müharibəsindən söz açılır, münaqişə tərəflərinin beynəlxalq humanitar hüququ pozduğu vurğulanır
Azərbaycanda "Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradılır.
Britaniyada mənzillənən Azlıqların Hüquqları Beynəlxalq Qrupunun 2018-ci ilin martında yaydığı hesabata görə, İranda 15 milyonadək azərbaycanlı yaşayır
"Anna Karenina" Qərb ədəbiyyatı tarixində yazılmış ən yaxşı kitablardan biri sayılır.
Türkiyə prezidenti Recep Tayyip Erdoğan yanvarın 12-də deyib ki, onun ölkəsi Avropa İttifaqı ilə mübahisəli münasibətlərini yoluna qoymağa hazırdır. O 27 ölkədən ibarət İttifaqı Ankara münasibətdə eyni məramı göstərməyə çağırıb. Erdoğan Avropa İttifaqı ölkələrinin Ankaradakı səfirləri ilə görüşdə ümid etdiyini deyib ki, Türkiyə və Yunanıstanın aralarındakı mübahisələrin çözülməsi üçün danışıqları bərpa etmək barədə bu yaxınlarda qəbul etdikləri qərar “yeni eranın başlanğıcı” olacaq. Lakin o... Читать дальше...