ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin arasında ilk telefon söhbəti olub. Bu telefon danışğı barədə Ağ Evin mətbuat katibi Cen Psaki yanvarın 26-da məlumat verib. O deyib ki, bu söhbət zamanı prezident Bayden Kremlin tənqidçisi Aleksey Navalnı ilə rəftar da daxil Rusiyanın davranışı barədə narahatlıqlarını bildirib. Psakinin sözlərinə görə, Bayden habelə Vaşinqtonun “Ukraynanın suverenliyinə güclü dəstəyini” bir daha təsdiqləyib. Kremlin verdiyi məlumatda deyilir ki, bu söhbət... Читать дальше...
Moskva ABŞ prezidenti Co Baydeni İranla dünya gücləri arasında 2015-ci ildə imzalanmış sazişi xilas etmək istəyirsə, Tehranın üzərindəki əzici ABŞ sanksiyalarının qaldırılmasına çağırıb. Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə yanvarın 26-da keçirdiyi görüşdə deyib ki, ABŞ-a sanksiyaların qaldırılması üçün çağırış edilməsində Moskva və Tehran eyni mövqeyi bölüşürlər. Moskva bildirir ki, İranın 2015-ci il nüvə sazişinin şərtlərinə qayıtması üçün onun üzərindəki... Читать дальше...
30 ildən bəri ilk dəfədir ki, Ermənistanın nəqliyyat blokadasından çıxarılması, regionda Azerbaycanla Ermənistanı birləsdirəcək yeni dəmiryol xətlərinin çəkilməsi müzakirə olunur. Amma dövlətdən maliyyələşən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev AzadlıqRadiosuna deyir ki, hələlik dəmir yollarının siyahısı rəsmən elan olunmayıb, Bu barədə Ermənistan, Azərbaycan və Rusiya ilə müzakirələr gedir və yanvarın 31-ə qədər bu sahə üzrəkomissiya yaradılmalıdır... Читать дальше...
Rusiyadakı diplomatik mənbənin “RBK”ya deməsinə görə, rəsmi Bakı Naxçıvana avtomobil yolunun çəkilməsini də istərdi. Bunun əvəzində Ermənistan Rusiyayla dəmiryol əlaqəsi əldə edə bilər
"Füzuli şəhərində yeni beynəlxalq hava limanının inşasına start verilib və azad edilmiş torpaqlarda - ya Laçın, ya Kəlbəcər rayonlarının ərazisində ikinci beynəlxalq hava limanı inşa ediləcək".
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran vəziyyətində idarəetmə mərkəzinin Əməliyyat idarəsinin şöbə rəisi Əfrasim Aşurbəyov dövlət sirrini yaymaqda suçlanır.
Yanvarın 22-də Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) Azərbaycanın daha beş pomidor istehsalçısına bu ölkəyə məhsul ixracı ilə bağlı qadağa qoyub.
Ramin Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.
Yanvarın 25-də Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev videobağlantı formatında ABŞ-ın nüfuzlu Atlantic Council analitik mərkəzinin Avrasiya bölümünün direktoru Con Herbstin suallarına cavab verib. Con Herbst sual-cavabın sonlarına yaxın habelə ABŞ ictimaiyyətindən gələn bəzi sualları da Hikmət Hacıyevə ünvanlayıb. Azərbaycanın Rusiya sülhməramlılarına münasibəti barədə sualı cavablandıran müşavir deyib ki, Bakı bölgəyə Rusiya sülhməramlıalrının yeridilməsindən narazı deyil... Читать дальше...