Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin finalında Levon Aronyanı 4,5:2,5 hesabla məğlub edərək qalib olub. AZƏRTAC-ın məlumatına görə, T. Rəcəbov final mərhələsinin cavab matçında rəqibi L.Aronyanla birinci partiyada heç-heçə edib, ikinci partiyada qələbə qazanıb. Üçüncü partiyada daha bir heç-heçəyə imza atan azərbaycanlı şahmatçı turnirdə birinci yeri tutub. O, yanvarın 2-də keçirilən birinci matçda rəqibinə 2,5:1,5 hesabla qalib gəlib. Читать дальше...
Minsk və Belarusun digər şəhərlərində Lukaşenko əleyhinə yeni ilin ilk etiraz aksiyası keçirilib. AzadlıqRadiosunun belarus xidmətinin verdiyi məlumata görə, iri şəhərlərin müxtəlif rayonlarında toplaşan adamlar faktiki qadağan olunmuş qırmızı-ağ-qırmızı milli bayraqlarla Lukaşenko rejimini tənqid edən, demokratiyanı müdafiə edən şüarlar səsləndiriblər. Son iki saata olan məlumata görə, aksiyaya cəhdə görə, Moskvada bir nəfər saxlanılıb. Belarusda vətəndaşlar 9 avqustda keçirilən prezident seçkilərdən sonra etirazlara başlayıblar. Читать дальше...