Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər nazirinin Qarabağa səfərinə dair sualı cavablandırıb. O deyib ki, Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri və burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirməsi, “sənədlər” imzalaması üçtərəfli bəyanata ziddir. “Hərbi əməliyyatların dayandırılmasından sonra bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın yaradılması çərçivəsinə... Читать дальше...
İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, nəqliyyatda xərclərin 50 faizi, aqrar sektorda isə 30 faizi məhz yanacağa gedir. Onun sözlərinə görə dizelin az qala 34 faizə yaxın artmasından sonra kənd təsərrüfatı məhsullarında bahalaşma hiss ediləcək.
Qazaxıstan prezidenti Qasım-Jomart Toqayev iki Rusiya millət vəkilinin Qazaxıstanın indiki ərazisinin Rusiyadan hədiyyə edildiyinə dair bu yaxınlarda etdikləri iddiaları rədd edib. O bildirib ki, belə şərhlər “təxribat” xarakteri daşıyır və iki qonşu arasında münasibətləri korlayır. Toqayev dövlət qəzetlərindən birində yanvarın 5-də dərc olunmuş məqaləsində yazır ki, "Qazaxıstana bu geniş ərazini kimsə kənardan hədiyyə etməyib”. Ötən ay Rusiya Dövlət Dumasının iki deputatı Vyaçeslav Nikonov... Читать дальше...
Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.
Yanvarın 4-də Tarif Şurası Azərbaycanda benzinin və dizel yanacağının qiymətlərini artırdı.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Niyaməddin Əhmədovun ailəsi 8 aydan çoxdur ki, onunla əlaqə saxlaya bilmədiklərini bildirir.
Şurnux kənd icmasının rəhbəri Akop Arşakyan deyib ki, adamlar hələlik, problemlərini özləri həll edirlər
Yanvarın 4-də Ermənistan baş nazirinin rəsmi saytında Qarabağ müharibəsinə həsr edilmiş geniş məqalə dərc olunub. AzadlıqRadiosunun Erməni xidməti yazır ki, Nikol Paşinyanın qələmindən çıxan məqalədə müharibəyə gətirib çıxaran səbəblərdən söz açılır. “44 günlük müharibənin kökləri” məqaləsində Paşinyan yazır ki, Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində qaçılmaz bir vəziyyət yetişmişdi və mütləq nəsə baş verməliydi: “Son 10 ildə Dağlıq Qarabağa dair danışıqlarda bir neçə əhəmiyyətli məqam olmuşdu. Читать дальше...
Rusiya və Qazaxıstan neft ixrac edən ölkələrin OPEC təşkilatının yanvarın 4-də keçirilən iclasında hasilatı artırmaq istədiklərini bildiriblər. OPEC üzvləri olan ölkələr isə koronavirusun yeni ştammının yayılması ilə bağlı neftə olan tələbatın azalacağından narahatdırlar. OPEC və onun Rusiya da daxil müttəfiqlərinin OPEC+ kimi tanınan qrupu dekabrda keçirilən iclasda ümumi hasilatı yanvar ayından günə 500 min barrel artırmaq barədə qərara gəlmişdilər. Həmin vaxtlar onlar tələbatın dirçələcəyinə ümid bəsləyirdilər. Читать дальше...