Bazar günü prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva ötən ilin oktyabrında işğaldan azad olunmuş Füzuli rayonunda olub.
Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1896 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan da 764 nəfərin sağaldığı bildirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın oktyabrın 17-də açıqladığı məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri pozitiv çıxan 19 nəfər vəfat edib. Açıqlamaya görə, indiyədək Azərbaycanda ümumilikdə 502 min 702 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 478 min 403-ü sağalıb, 6 min 765-ü vəfat edib... Читать дальше...
Venesuela prezidenti Nikolas Maduronun rejimi üçün çirkli pulların yuyulmasında günahlandırılan iş adamı Alex Saab ABŞ -a təhvil verilib. Bu barədə mətbuata ABŞ Dövlət Departamentindən məlumat verilib. Alex Saab, Maduro və onu Venesuelalı diplomat hesab edən Rusiya da daxil olmaqla müttəfiqlərinin aylarla davam edən müqavimətindən sonra Cape Verde -dən (Cape Verde, Afrikanın şimal -qərb sahillərindən bir neçə yüz kilometr aralıd yerləşən bir dövlətdir. )ABŞ-a təhvil verilib. Venesuela, Vaşinqtonun... Читать дальше...
Fransa prezidenti Emmanuel Macron, 60 il əvvəl Əlcəzairdən gələn mühacirlərin Parisdə keçirmək istədiyi etiraz aksiyasının qəddarcasına yatırıldığı zaman polis hərəkətlərini "bağışlanmaz" adlandırıb. Həmin adamlar 1961-ci il oktyabrın 17-də Pont Saint-Michel'e körpüsünə gələrək Fransa hökumətini Əlcəzairdəki hərbi əməliyyatları dayandırmağa çağırıblar. Euronews telekanalının yaydığı məlumata görə, 17 oktyabr faciəsi ilə bağlı təfərrüatlar onilliklər ərzində gizlədilib, həlak olanların dəqiq sayı hələ də məlum deyil. Читать дальше...
Kosmonavt Oleq Novitsky, aktrisa Yulia Peresild və rejissor Klim Shipenko ilə birlikdə Y.A. Gagarin kosmik gəmisinin (Soyuz MS-18) enmə vasitəsi ilə Qazaxıstan çölünə eniblər. AzadlıqRadiosunun rus xidməti enmənin Roscosmos saytında yayımlandığını bildirir. TASS-ın məlumatına görə, Peresildlə Shipenko oktyabrın 5-dən, Novitski isə aprelin 9 -dan orbitdə olub. Məlumata vurğulanır ki, Peresild və Shipenko dünyada birinci dəfədir ki, kosmosda bədii film çəkiblər. "Çağırış" adlanan kosmik dramda... Читать дальше...
Zəngin ölkədə yoxsul olmaq yoxsul ölkədə yoxsul olmaqdan daha yaxşı sayılırdı.
Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasının ildönümü ilə bağlı şəhərdə yürüş keçirilib.