Prezident İlham Əliyev, əməkhaqqı, təqaüd və sosial yardımların artırılması ilə bağlı Nazirlər Kabinetinə təkliflər hazırlamağı tapşırıb. Belə bir tapşırıq Prezidentin oktyabrın 16-da „Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında“ verdiyi sərəncam yer alıb. Bu barədə prezidentin rəsmi internet səhifəsində məlumat yerləşdirilib. Sərəncamda ölkə əhalisinin rifahın yaxşılaşdırılmasının aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən olduğu bildirilir. Qeyd olunur ki... Читать дальше...
Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1681 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan da 675 nəfərin sağaldığı bildirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın oktyabrın 16-da açıqladığı məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri pozitiv çıxan 12 nəfər vəfat edib. Açıqlamaya görə, indiyədək Azərbaycanda ümumilikdə 500 min 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 477 min 639-u sağalıb, 6 min 746-ü vəfat edib... Читать дальше...
Rusiyada ilk dəfə sutka ərzində koronavirusdan ölənlərin sayı mini keçib. Xəstəliklə mübarizə üzrə Rusiya Federal Operativ Qərargahın məlumatlarına istinad etən TASS bunu "yeni maksimum" adlandırır. Rusiyadakı Kommunarka qəsəbəsindəki 40 saylı xəstəxananın baş həkimi Denis Protsenko xəstəxananın dolu olduğunu və çox sayda COVİD xəstəsinin də gətirilməkdə davam etdiyini bildirib. Son vaxtlar koronavirusun yayılması ilə bağlı Rusiyada vəziyyətin kritik həddə yaxınlaşdığını deyən həkim vəziyyətin... Читать дальше...
Oktyabrın 16-da Azərbaycanda qaz və işığın qiyməti yenidən qaldırılıb. Qiymət bahalaşması ilə bağlı qərarı Tarif Şurası qəbul edib. Şura qiymət artımını müxtəlif məsələlərlə əsaslandırıb.
Moskva, "Rus dilinin mövqeyini gücləndirmək" təşəbbüsü çərçivəsində Özbəkistanda beş məktəb tikməyi planlaşdırır.
ABŞ Hərbi Dəniz Qüvvələri Yaponiya dənizində baş verən hadisə ilə bağlı Rusiyanın yalan bəyanat verdiyini bildirir. Cümə günü ABŞ Sakit Okean Donanması Rusiya və Amerika gəmilərinin bir -birindən 60 metr aralı olduğu Yapon dənizində baş verən hadisə ilə əlaqədar Rusiya Müdafiə Nazirliyinin bəyanatını "yalan" adlandırır. Belə ki, cümə günü Rusiyanın Müdafiə nazirliyi məlumat yayıb ki, Rusiyanın "Admiral Tributs" gəmisi Yapon dənizindəki Böyük Pyotr körpəzi rayonunda Rusiyanın dəniz sərhəddini pozan... Читать дальше...
"The New York Times" yazır ki, dünya təchizat zəncirindəki pozuntular kitab çapı və satışına da təsir etməyə başlayıb.
Məhkəmə Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanı azad etməyib. AzadlıqRadiosunun erməni xidməti xəbər verir ki, Tonoyanın vəkili Sergey Ovannisyan jurnalistlərə bildirib ki, Apellyasiya Məhkəməsi keçmiş nazirin azad olunması ilə bağlı onların irəli sürdüyü vəsatəti rədd edib. Külli miqdarda mənimsəmədə ittiham olunan keçmiş müdafiə naziri ötən ayın sonunda həbs edilib. Tonoyan ordu üçün yararsız raketlər aldığı üçün mühakimə olunur. Onunla yanaşı Ermənistan ordusunu silahla təmin... Читать дальше...