Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 684 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan da 2060 nəfərin sağaldığı bildirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahdan oktyabrın 2-də yayılan məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 16 nəfər də vəfat edib. Qurum qeyd edir ki, indiyədək ölkədə ümumilikdə 485275 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 462798-i sağalıb, 6559-u vəfat edib, aktiv xəstə sayı 15918-ə düşüb . Читать дальше...
Ermənistanda Müdafiə Nazirliyi Baş Qərargah rəisinin müavini Stepan Galstyan həbs edilib. Bu barədə AzadlıqRadiosunun erməni xidməti Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb. Məlumatda vurğulanır ki, baş qərargah rəisinin müavini Silahlı Qüvvələrdə silah tədarükündə sui-istifadə, külli miqdarda mənimsəmə ilə bağlı aparılan araşdırmalar səbəbi ilə saxlanılıb. Milli Təhlükəsizlik Xidmətindən o da bildirilib ki, ittihamlara uyğun olaraq Galstyan barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət olunub.
Azərbaycan marketlərində qiymət artımının yeni dalğası müşahidə olunur. Ayrı-ayrı alıcılar Azadlıq Rdiosuna bildiriblər ki, son günlər bəzi növ yağın qiyməti 2 manata yaxın, toyuq və toyuq əti məhsulları 1,5 manat, pomidor isə 2 dəfəyə yaxın bahalaşıb.
Oktyabrın 2-də Azərbaycan Müdafiə naziri Zakir Həsənov-un rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb. Məlumata görə, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin idarə, xidmət rəisləri, videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmələrin komandirləri cəlb olunub. Bildirilir ki, Müdafiə naziri, Azərbaycan ordusunda qoşunların hazırlığına... Читать дальше...
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın gələcəkdə ATƏT -in Minsk Qrupu çərçivəsində görüşü baş tuta bilər.
Rusiyanın müxalif siyasətçi və hazırda həbsdə olan Aleksey Navalnı Polşanın "Azadlıq Cəngavəri" mükafatına layiq görülüb. Bu mükafat 2005 -ci ildən etibarən nüfuzlu Polşa Kazimierz Puławski Vəqfi tərəfindən bütün dünyada demokratiya, azadlıq və bərabərliyin təbliğində əhəmiyyətli töhfə verən insanlara verilir. Navalnıdan başqa Polşanın keçmiş prezidenti Lex Walesa, NATO -nun keçmiş baş katibi Javier Solana, BMT -nin İnsan Hüquqları üzrə Ali Komissarı Mary Robinson və Baltikyanı ölkələrin başçıları... Читать дальше...
Oktyabrın 2-də Gürcüstanda yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Bir gün əvvəl həbs edilən ölkənin sabiq prezidenti Mixail Saakaşvili təcridxanadan tərəfdarlarına müraciət edib.
Dövlətə xəyanətdə günahlandılılan Azərbaycan vətəndaşı həbs edilib. Bu barədə oktyabrın 2-də Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.
Oktyabrın 2-də Azərbaycanda vəkilliyə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilir. Dövlət İmtahan Mərkəzinin (DİM) kompüter mərkəzində keçirilən imtahanda iki növbəli olmaqla 280 namizəd iştirak edir. Üç saat davam edəcək imtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid 100 test sualı təqdim olunur. Bu suallardan 60 mümkün balı toplaya bilən namizədlər imtahanın növbəti, şifahi mərhələsində iştirak edə biləcəklər. Hər sual 1 balla qiymətləndirilir. ... Читать дальше...
Telman İsmayılov saxlanılandığı ölkədən sığınacaq istəyib. Bu barədə yerli Vijesti qəzeti hüquq-mühafizə orqanlarında adının çıkilməsini istəməyən mənbəyə istinadən məlumat yayıb. Qəzet yazır ki, iş adamının belə bir addımı onun Rusiyaya ekstradiyasını sual altında qoya bilər. Telman İsmayılov Rusiyada varlı iş adamlarından biri olub. 2012-ci il Forbes jurnalındakı qiymətləndirmədə onun 800 milyon dollar varidatı olduğu açıqlanıb. O, AST biznes-qrupunun yaradıcısıdır. Rusiyanın iri Çerkizovski bazarı... Читать дальше...