Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndi ötən il işğaldan azad olunub.
Qazaxıstanda səlahiyyətlilər bir təqaüdçünü yağan qarı çəkdiyi üçün ictimaiyyət qarşısında üzr istəməyə məcbur ediblər.
Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1017 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan 1119 nəfərin sağaldığı bildirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahdan oktyabrın 9-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib. Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 491 min 147 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 471 min 980-i sağalıb, 6654-ü vəfat edib, aktiv xəstə sayı 12 min 513-ə düşüb . Читать дальше...
AzadlıqRadiosu talibanın əlindən qaçaraq Tacikistanda sığınan əfqan pilotlarının yerləşdiyi bir obyektə xüsusi giriş əldə edə bilib.
Taliban hakimiyyəti ələ keçirəndən sonra İran sərhədini keçmək istəyən əfqanların sayı xeyli artıb. AFP-nin yazdığına görə, bunu bir rəsmi şəxs deyib.
Rusiya Ədliyyə Nazirliyi AzadlıqRadiosu ilə əməkdaşlıq edən 3 jurnalisti (Tatyana Voltskaya, Ekaterina Klepikovskaya və Elena Solovyova) "xarici media agentləri" reyestrinə daxil edib. Bundan başqa siyahıya Bellingcat araşdırma layihəsi də əlavə edilib. "Dojhd" telekanalının jurnalisti Daniil Sotnikov, BBC Rus Xidmətinin müxbiri Andrey Zaxarova, ""Nastoyashcheye vremya"" telekanalının jurnalistləri Elizaveta Surnacheva və Roman Perl, jurnalist Yevgeniy Simonov, habelə vəkil və "Media Hüquqlarının... Читать дальше...
Rusiyada COVİD-19-dan ölüm halları yenidən yüksəlib. AzadlıqRadiosunun rus xidməti xəstəliklə mübarizə üzrə operativ qərargaha istinadla yazır ki, sutka ərzində Rusiyada 936 nəfər vəfat edib. Koronavirusla bağlı yüksək ölüm halları oktyabrın 1-dən müşahidə olunmaqdadır. Rəsmi məlumata görə, pandemiya başlayandan indiyə qədər ölkədə 214 min 485 nəfər vəfat edib. Müstəqil demokraflar isə bildirilər ki, Rusiyada rəsmi qurumlar COVİD-19-dan ölüm hallarını ən azı 3 dəfə az göstərirlər. Həmin qrupun iddiasına görə... Читать дальше...