Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər və Bərdə rayonlarında səfərdə olub. AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib. Xəbərdə qeyd edilənlərə görə, Prezident İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub. Dövlət başçısı habelə, Tərtər rayonunun Talış kəndində alban-udi və pravoslav kilsələrində olub. O, həmçinin “Suqovuşan-1” və “Suqovuşan-2”... Читать дальше...
İlhaq olunmuş Krım da daxil olmaqda Rusiyada pandemiya başlayandan bəri ilk dəfə ən yüksək ölüm halı qeydə alınıb. Rəsmi məlumata görə, bir sutkada COVİD-19-dan 890 nəfər vəfat edib. Oktyabrın 1-də koronavirusdan ölənlərin sayı isə 887 nəfər olub. Məlumatlara görə, Rusiya ərazisində koronavirusa yoluxma halları artmaqda davam edir. Operativ qərargahın açıqlamasına görə, test nümunələri götürülənlərin 25 min 769 nəfərində COVİD-19 aşkarlanıb. Rəsmi məlumatlarda ən çox yoluxma hallarının paytaxt Moskvada qeydə alındığı vurğulanır. Читать дальше...
Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 712 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan da 1 813 nəfərin sağaldığı bildirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahdan oktyabrın 3-də habelə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 14 nəfər də vəfat edib. Qurumdan açıqlamaya görə, Azərbaycanda indiyədək ümumilikdə 485 987 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 464 611-i sağalıb, 6 573-ü vəfat edib, aktiv xəstə sayı 14 803-ə düşüb. Читать дальше...
Ukrayna Saakaşvilini bütün səviyyələrdə geri qaytarmaq üçün çalışacaq. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Truskavetsdə "Xalqın xidmətçisi" fraksiyasının iclasında keçirdiyi brifinqdə deyib. Məlumatı Ukrayna mətbuatı yayıb. Zelenski, Mixail Saakaşvilinin Ukrayna vətəndaşı olduğunu və prezident olaraq vətəndaşların geri qaytarılması ilə daim məşğul olduğunu vurğuladı. "Xarici İşlər Nazirliyi, Gürcüstanda çalışan səfirliyimiz və Ukraynada çalışan Gürcüstan səfiri səviyyəsində və Nazirlər... Читать дальше...
Son vaxtlar ərinin qətlə yetirdiyi bir neçə qadın öldürülməzdən öncə, şiddətə məruz qalması ilə bağlı polisə şikayət edib. Bu günlərdə onlardan biri elə polis bölməsində əri tərəfindən qətlə yetirilib.
"Gürcü arzusu" Tbilisinin 10 mojaritar dairəsindən 9-da qalib gəlib Gürcüstan Seçki Komissiyasının ilkin məlumatına görə, hakim "Gürcü arzusu" partiyasının namizədləri Tbilisidə 10 majoritar dairədən 9-da elə birinci turda qalib gəliblər. Vurğulanır ki, onların hamısı qalib gəlmək üçün lazım olan 40 faiz səs baryerini keçiblər. *** MSK-nın açıqlamasına görə, sayılan 40 faiz protokol nəticələrinə görə Gürcüstanın əsas müxalifət partiyası olan "Vahid Milli Hərəkat" partiyası proporsional qaydada 11 şəhərdə liderdir. Читать дальше...