Trump Səudiyyə şahzadəsiylə görüşüb
Martın 20-də ABŞ prezidenti Donald Trump Ağ evdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Muhammad bin Salman-la görüşüb. Trump Birləşmiş Ştatların Səudiyyəyə silah satışını tərifləyib. Tərəflər İranla yaşanan gərginliyi də müzakirə ediblər. Şahzadəylə Trump-ın İranla nüvə sazişində “qüsurlar”ı, İranın Yaxın Şərqdəki münaqişələrdə rolunun önlənməsini müzakirə etdikləri xəbər verilir. “Nə baş verəcəyini görəcəyik”, – Trump nüvə sazişinin dəyişdirilməsi, yaxud ondan çıxmaqla bağlı suala cavabında deyib. Читать дальше...