Böyrək daşı əməliyyatından sonra ikitərəfli beyin insultu keçirən paytaxt sakini Anar Gözəlov indi özünü idarə edə bilmir. Onun xanımı, uzun illər “Lider” telekanalında aparıcı, ardından da bu ilin fevralınadək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində mətbuat katibi çalışmış Günel Gözəlova beş verənlərə görə cərrah-uroloq Araz Bayramovu günahkar sayır. Bu üzdən, həkimi məhkəməyə verərək, 1 milyon təzminat tələb edir. İddianı Nərimanov rayon Məhkəməsində hakim Vüqar Quliyev araşdırır. Читать дальше...
Prokuror mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramova 10 il həbs cəzası istəyib. Bu təklifi dövlət ittihamçısı iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində dilə gətirib.
Azərbaycanda gender fəalların bildirməsinə görə, son 10 gün ərzində 5 qadın məişət zəminində qətlə yetirilib. Qadınlara qarşı zorakılıq halları nədən qaynaqlanır? Bunun qarşısını almaq üçün ölkədə mövcud qanunvericilik bazası və görülən tədbirlər yetərlidirmi? Azərbaycanda Məişət Zorakılığı Haqqında Qanun 2010-cu ildə qəbul edilib. 2020-ci il noyabrın 27-də isə «Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı» qəbul olunub.... Читать дальше...
Azərbaycan prezidenti İlham Əliyev hələ 44 günlük son Qarabağ savaşı zamanı və ondan sonra dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağdakı qondarma erməni rejiminin statusundan söhbət də gedə bilməz və bu məsələ artıq qapanıb.
Ermənistandakı “Modus Vivendi” tədqiqat mərkəzinin rəhbəri Ara Papian hesab edir ki, Ermənistan 44 günlük sonuncu Qarabağ savaşı, bundan sonra Azərbaycan-Ermənistan sərhədində yaranmış mövcud vəziyyətə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin, ilk növbədə də Rusiyanın hərəkətsizliyinə görə, Qərb ölkələri ilə hərbi əməkdaşlığı genişləndirməlidir. “Bu, yeganə çıxış yoludur, ona görə də bunu gerçəkləşdirmək üçün bütün imkanlara əl atmalıyıq. Aydındır ki, Rusiyanın maraqları indi... Читать дальше...
Builki Kann Kino Festivalında “Qızıl palma” mükafatını alan “Titane” (“Titan”) filmi kakafoniya və maşının betona çırpılması səsiylə başlayır. Ardınca başında qorxunc metal parçası olan qızın görüntüsü gəlir. Sonra maşın şousu, erotik rəqqasələr, musiqi, neon işıqlar görünür. Qəzaya düşən qız bu dəfə tamaşaçıya peşəkar qatil və maşın şousu rəqqasəsi qismində görünür. Şoudan sonra bir nəfər onu maşınına qədər izləyir və biz həmin adamın qulağına çox iri bir iynə sancıldığını görürük. Onun ağzı nasaz maşını xatırladır. Читать дальше...