"İyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib". Bunu Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) bildirir. Məlumatda mina xəritələrinin alınması üzrə humanitar təşəbbüsün həyata keçirilməsində göstərdiyi vasitəçilik xidmətlərinə görə, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı Rüstəm Muradova təşəkkür ifadə edilir. Читать дальше...
Ötən ilin axırı Hadrut meşələrində saxlanan və Bakıda mühakimə olunan Ermənistan vətəndaşlarından bir qrupunun işi üzrə məhkəmə qərarı elan olunub. İyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə mühakimə olunan 14 nəfərdən iksi 4 il, digərləri isə 6 ay azadlıqdan məhrum edilib. İstintaq zamanı təqsirləndirilən şəxslərə Azərbaycan Cinayət Məcəlləsinin 214 (terrorçuluq), 228 (qanunsuz silah-sursat saxlama), 279 (qanunsuz silahlı birləşmələr yaratma... Читать дальше...
Yardımlı rayonun Hamarkənd kəndində kitab köşkü qoyulub. Köşkdə oxumaq üçün pulsuz kitablar var. Maraqlanan kənd sakinləri həmin kitabları nəzərdən keçirdir, seçdiyini özü ilə aparır. Oxuduqdan sonra kitab köşkə qaytarılmalıdır. Qonşu kənddən olan sakinlər də ora baş çəkirlər. Amma köşkə heç kim nəzarət etmir. Orada bütün işlər könülü şəkildə həyata keçirlir. Köşkün təşəbbüscüsü, naşir Şahbaz Xuduoğlu bu yolla kitabsızlıq mühitini aradan qaldırmaq istədiyini söyləyir: “Kənd yerlərində kitabxanaların... Читать дальше...
İyulun 2-də Kanadanın Vinnipeq şəhərində keçirilən etiraz aksiyasının iştirakçıları Britaniyanın iki kraliçasının heykəllərini yıxıblar. Onlardan biri Britaniya imperiyasına XIX əsrdə hökmdarlıq etmiş kraliça Viktoriya, digəri isə hazırda Britaniya taxtında oturan kraliça II Elizabetdir. Kanada Konstitusiyasına görə o formal olaraq Kanada dövlətinin başçısı hesab olunur. BBC yazır ki, heykəlləri Britaniya müstəmləkəçiliyinin Kanadada qoyduğu irsə, daha dəqiq deyilərsə bu ölkənin avtoxton əhalisinə qəddar münasibətə etiraz olaraq yıxıblar.
Birləşmiş Ştatlar üç iranlı üzərindən sanksiyaları qaldırdığını bildirsə də, əlavə edib ki, bu addımın 2015-ci il nüvə sazişinin dirçəldilməsi üçün hazırda aparılan danışıqlarla heç bir bağlılığı yoxdur. ABŞ Maliyyə Nazirlıiyinin 2 iyul tarixli bəyanatında deyilir ki, Behzad Ferdovs, Mehrzad Ferdovs və Məhəmməd Reza Dezfulian üzərindən kütləvi qırğın silahları ilə bağlı prezident fərmanı ilə qoyulmuş qadağan qaldırılır. Maliyyə Nazirliyinin Xarici Aktivlər İdarəsi (OFAC) bu iranlıları sanksiya siyahısına ötən sentyabrda daxil etmişdi. Читать дальше...
ABŞ dövlət katibi Entoni Blinken iyulun 1-də Özbəkistan və Tacikistanın xarici işlər nazirləri ilə görüş keçirib. Bu görüşün gündəliyində Əfqanıstanın əsas məsələ olduğu xəbər verilir. ABŞ qoşunlarının Əfqanıstanı tərk etdiyi bir vaxtda, Vaşinqton sözü gedən Mərkəzi Asiya ölkələri ilə bir sıra məsələlər barədə müzakirə aparır. Bu görüş Vaşinqtonda keçirilir. Əfqanıstandan alınan xəbərlərdə deyilir ki, Taliban ölkənin bir sıra mühüm məntəqələri və bölgələri üzərində nəzarəti ələ ala bilib. Bu... Читать дальше...