Rusiya prezidenti Vladimir Putin Belarusun getdikcə artan beynəlxalq təzyiq altında olan avtoritar başçısı Alyaksandr Lukaşenkaya hərtərəfli dəstək verəcəyini bəyan edib. Avropa İttifaqı, ABŞ, Kanada və Britaniya ötənilki seçkinin ardınca müxalifətə divan tutduğuna görə Lukaşenkanın rejiminə ağır sanksiyalar qoyub. Rusiya regionlarının iyulun 1-də keçirilən 8-ci forumunda Putin deyib: "Biz qardaş Belarus xalqına hazırkı siyasi situasiyada hərtərəfli yardım göstərməkdə davam edəcəyik. Belarus heç də təkcə yaxşı qonşu deyil... Читать дальше...
“Azərbaycan tərəfi tezliklə Qırmızı Bazar - Şuşa yolundan istifadəni dayandıracaq”. Bunu Qarabağdakı separatçı rejimin “dövlət naziri” kimi təqdim olunan Artak Beqlyaryan deyib. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Beqlyaryan yolların təhlükəsizliyinin təmin olunması, işıqlandırma və nəzarətin gücləndirilməsi üçün əlavə tədbirlərin görüldüyünü deyib: “Əlbəttə hazırda təhlükəsizliyi Rusiya sülhməramlıları təmin edirlər və bütünlükdə təhlükəsizlik təmin olunub. Əlbəttə kiçik... Читать дальше...
Bəzi təhlilçilər hesab edirlər ki, qiyməti qaldırmamaq və indiki pandemiya dövründə dolanışığı zəifləmiş əhalini qorumaq olardı. Əhaliyə verilən təbii qazın qiyməti iyunun 30-da artırılıb. Belə ki, əhali qrupu üçün güzəştli limit 2200 kubmetrdən 1200 kubmetrə endirilib. İqtisadçı Natiq Cəfərli hesablayıb ki, keçən il əhali qrupunun təqribən 20 faizi 2200-lik həddi keçmişdi. Onun fikrincə, limit 1200-ə salınandan sonra hər üç ailədən ikisi bundan təsirlənəcək. “Qeyri-şəffaf” SOCAR deyir... Читать дальше...
Bəzi təhlilçilər hesab edir ki, qiyməti qaldırmamaq və indiki – pandemiya dövründə dolanışığı zəifləmiş əhalini qorumaq olardı.
"Sobsan" boya fabrikində bir il öncə baş vermiş yanğın vaxtı qonşuluqdakı Məhyəddin Alməmmədovun evinə də külli miqdarda ziyan dəyib.
Azərbaycan Ermənistana ikitərəfli danışıqları təklif edib.
Almaniya Belarusun iki tanınmış alman təhsil ocağının bu ölkədəki fəaliyyətinin tam qadağan edilməsinə dair qərarını kəskin pisləyib. Minsk bu addımı Avropa İttifaqı Belarus üzərinə sərt iqtisadi sanksiyalar elan etdikdən sonra atıb. Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü iyunun 30-da deyib ki, Berlin Alman dil və mədəniyyətinin bütün dünyada təşviqi ilə məşğul olan Göte İnstitutunun və Alman Akademik Mübadilə Xidmətinin bu ölkədəki fəaliyyətinin dayandırılması barədə qərardan “təəssüf hissi” keçirir. Читать дальше...