“Elmar Vəliyevə heç güllə dəyməyib, ona görə Gəncənin yarısını tutublar. Qardaşımı isə, heç bir günahı olmadığı halda, öldürdülər. Başından güllə vurublar, rahatlaşmayıb, ürəyindən də vurublar...” Bunları Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə bağlı məhkəmədə Aynur Bağırovanın dedikləridir. Keçmiş icra başçısı və onu mühafizə edən polis əməkdaşına qarşı sui-qəsdə görə Yunis Səfərov və daha 11 nəfər ittiham olunur. Ancaq məhkəmə önündə mühakimə olunanların sayı 10 nəfərdir. Читать дальше...
“Azərbaycan hakimiyyətinin mövqeyi göstərir ki, Bakı regional kommunikasiyaların açılmasını istəmir və Errmənistanı blokadada saxlamaq niyyətindədir”. AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, Ermənistan baş nazirinin əvəzi Nikol Paşinyan bu bəyanatı iyulun 15-də keçirilən hökumət müşavirəsinin açılışında verib. Azatutyun xatırladır ki, bugünlərdə Azərbaycan prezidenti İlham Əliyev Ermənistanla sülh sazişinin imzalanması məsələsindən danışmışdı. Əliyev demişdi ki, Azərbaycanın bu təklifi yeni real vəziyyətə əsaslanır... Читать дальше...
Açıqlamaya görə, cavab atəşi açılıb, Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Siyasi fəal Tofiq Yaqublunun xuliqanlıq ittihamı ilə 4 il 3 ay azadlıqdan məhrum edilməsinə dair Nizami Rayon Məhkəməsinin hökmü dəyişdi. İyulun 15-də Bakı Apellyasiya Məhkəməsində Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası buna qərar verib. Yeni qərara əsasən, Yaqublunun həbsdə olduğu 6 ay və ev dustaqlığında qaldığı 10 ay diqqətə alınaraq, ona şərti cəza verilib və 2 il 6 ay sınaq müddəti təyin edilib. Yaqublu hələ anasının sağlıq durumu ağır olarkən, ölkədən çıxışına icazə verilməsindən... Читать дальше...
İyulun 15-də heyvan hüquqlarını müdafiə etdiklərini bildirən bəzi şəxslər “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin önündə aksiya keçirməyə cəhd ediblər. Etirazçılar iddia edirlər ki, mərkəzdə küçədən toplanan itlərin bəziləri məhv edilir. "“Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi heyvansevərləri içəri buraxsınlar, açıqlama versinlər, heyvanlara orada işgəncə verənlər cəza almalıdır. Bizim vergilərimizlə bura qurulubsa burada nə baş verdiyini biz bilməliyik", - aksiya təşkilatçılarından biri Elxan Mirzoyev bildirib. Читать дальше...
Keçmiş baş həkimin ittiham olunduğu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.
Bu günlər Azərbaycanda ölkə xaricindən gələn 31 şəxsdə koronavirusun Delta variantının aşkar olunduğu açıqlandı. Səhiyyə Nazirliyi, İcbati Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) qeyd edirdi ki, 9 nəfərdə isə infeksiyasının Britaniya variantı tapılıb. Koronavirusun Britaniya ştammı Azərbaycanda əvvəllər aşkar olunsa da, Delta ştammı ölkə ərazisində ilk dəfədir qeydə alınıb.Karantin rejimini yumşaldan dünyanın bir çox ölkələrində yayılmış Delta variantı... Читать дальше...
Türkiyə prezidenti Rəcəb Tayyip Erdogan İstanbulun tanınmış “Böğaziçi” universitetinin rektoru Melih Blunu vəzifəsindən kənarlaşdırıb. Bu bardə iyulun 15-də Reuters agentliyi məlumat yayıb. Prezidentin fərmanı iyulun 14-də rəsmi mətbuatda dərc edilib, amma əlavə detallar barədə məlumat verilmir. Reuters yazır ki, keçmiş siyasətçi Melih Bulunun bu universitetə rektor təyin edilməsi bu ilin yanvarından başlayaraq ölkədə kütləvi etirazlara səbəb olmuşdu. “Boğaziçi” Universitetinin tələbələri və müəllimləri... Читать дальше...
“Danışıqlar masasında ilk müzakirə ediləcək məsələ Azərbaycan qüvvələrinin Ermənistan ərazisindən çıxarılması olmalıdır” AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, bunu iyulun 14-də jurnalistlərə baş nazirin müavin əvəzi Tiqran Avinyan deyib. O habelə iddia edib ki, Azərbaycan-Ermənistan sərhədi boyunca gərginliyi Bakı yaradır. “Sərhəddəki vəziyyət sonunda necə həll olunacaq” sualına cavab verən Avinyan deyib: “Tez, ya gec, günlərin birində bizim bütün qonşularla sərhədlərimizin delimitasiya və demarkasiyası baş verməlidir. Читать дальше...