Məlumata görə, tərəflər arasında gələcək görüşlər barədə razılıq əldə olunub.
Son bir sutka ərzində Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1889 yeni yoluxma faktı qeydə alınıb. Bu virusa yoluxanlardan 2 min 537 nəfəri sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabrın 21-də yaydığı məlumatda belə deyilir. Məlumatda qeyd olunur ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib. Qərargahın açıqlamasına görə, indiyədək Azərbaycanda ümumilikdə 573 min 974 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib... Читать дальше...
Bazar günü, noyabrın 21-də Sudanın paytaxtı Xartumda ölkənin faktiki lideri, general Əbdülfəttah əl-Burhan ilə ötən ay ordu tərəfindən vəzifəsindən uzaqlaşdırılan baş nazir Abdullah Hamduk arasında siyasi razılaşma imzalanıb. Müqavilə əsasən oktyabrda baş vermiş hərbi çevriliş cəhdindən əvvəl mövcud olan status-kvonu bərpa edilib. Keçid dövründə ölkəni Burhanın rəhbərlik etdiyi müstəqil Şura və yenidən Hamdukun rəhbərlik edəcəyi Nazirlər Kabineti idarə etməkdə davam edəcək. Oktyabrda hərbçilər... Читать дальше...
Hollandiyada artıq ikinci gecədir ki, COVID-19 epidemiyası ilə bağlı hakimiyyətin məhdudlaşdırıcı tədbirlərinə qarşı kütləvi etirazlar iğtişaşlarla müşayət olunmaqdadır. 30-a yaxın etirazçının saxlandığı, polislər arasında xəsarət alanların olduğu bildirilir. Ən kütləvi etirazlar Haaqa şəhərində olub. Xəbər verilir ki, etirazçılar velosipedləri və skuterləri yandırıb, polis əməkdaşlarına daşa basıb, fişənglər atıblar . Polis su şırnaqlarından istifadə edib. Şənbə gecəsi Rotterdamda da iğtişaşlar başlayıb... Читать дальше...
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Co Bayden administrasiyasına açıq məktub göndərərək, onları Gürcüstan hakimiyyətini qınamağa və Gürcüstanın demokratiyadan geri çəkilməsini dayandırmaq üçün Tbilisiyə təzyiq göstərməyə çağırıb. Saakaşvilinin məktubu Amerikanın “Politico” nəşrində dərc olunub. Həbsxanada başladığı aclıq aksiyasını 50 gün sonra-bir gün əvvəl dayandıran sabiq prezident yazır ki, o, əvvəllər qiyabi məhkum olunduğu ittihamları siyasi motivli hesab edir. O hesab edir ki... Читать дальше...
Rusiya gələn ilin yanvarında və ya fevralın əvvəlində Ukraynaya qarşı aktiv hərbi əməliyyatlara başlaya bilər. Ukraynanın Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “Military Times” qəzetinə müsahibəsində belə deyib. Budanovun sözlərinə görə, hazırda Rusiya Ukrayna ilə sərhəd yaxınlığında 92 mindən çox hərbçi cəmləyib. Qışın gəlişinin və soyuq hava şəraitinin işğal risklərini yalnız artırdığını deyən K. Budanovun sözlərinə görə, mümkün şiddətli şaxtalar nə Rusiya, nə də Ukrayna hərbçiləri üçün problem deyil. Читать дальше...
Nazir müsahibəsində deyib ki, Qarabağ bölgəsi uğrunda gedən döyüşlərdə Azərbaycana "böyük Türk dəstəyinə" baxmayaraq, Ermənistan Ankara ilə normallaşmaya hazırdır.
"Daily Mail" qəzeti yazır ki, Hollivudla bağlı hər şey qlamur və gözqamaşdırıcı görünsə də, təyyarələrin qəzaya uğradığı, partlayışların baş verdiyi, binaların uçduğu, maşınların yüksək sürətlə ötüşdüyü filmlərin çəkilişləri bəzən çox təhlükəli olur.
Avstriyada minlərlə insan hökumətinin pandemiya ilə bağlı yeni tədbirlərinə qarşı yürüş keçirib.