Son bir sutka ərzində Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1763 yeni yoluxma faktı qeydə alınıb. Bu virusa yoluxanlardan 2 min 499 nəfəri sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabrın 20-də yaydığı məlumatda belə deyilir. Məlumatda qeyd olunur ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib. Qərargahın açıqlamasına görə, indiyədək Azərbaycanda ümumilikdə 572 min 085 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib... Читать дальше...
Lev Tolstoy təkcə gözəl yazıçı deyil, həm də bir neçə dildə kitab oxumağı sevən ciddi bir oxucu idi.
Noyabrın 20-də Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda - Şamaxı rayonu ərazisində zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Azərtac-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 16:46-da qeydə alınıb. Məlumata görə, ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 5.1-ə bərabər olub. Yeraltı təkanlar episentrdə 5, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub. Dağıntı və ya insan təlafatı haqqında hər hansı məlumat verilmir.
Noyabrın 21-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana səfər edəcək. Rəsmi xəbər agentliyi Azərtac-ın noyabrın 20-də yaydığı məlumatda bildirilir ki, səfər çərçivəsində İranın yollar və şəhərsalma, neft nazirliklərində görüşlər keçiriləcək, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunacaq. Məlumatda həmçinin vurğulanır ki... Читать дальше...
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezident Co Bayden qarşıdan gələn Şükran Günü münasibətilə ona göndərilən iki hinduşkanı əfv edib. İllik ənənə 1989-cu ildə 41-ci prezident Corc Buş tərəfindən tətbiq edilib. Hinduşka ABŞ-da noyabrın dördüncü cümə axşamı qeyd olunan Şükranlıq bayramı süfrəsində ənənəvi quşdur. 19-cu əsrin ortalarından etibarən Şükranlıq bayramdan əvvəl prezidentə hinduşka göndərilir. Buşun vaxtından bəri prezident rəsmi olaraq bayram günü hinduşkaları əfv edir, bundan sonra hinduşka fermaya və ya zooparka göndərilir. Читать дальше...
ABŞ kəşfiyyat agentlikləri NATO müttəfiqlərini xəbərdar edir ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarının qarşısını almaq üçün Qərbin çox az vaxtı var. Bu barədə New York Times cümə günü axşam məlumat yayıb. Qəzetin ABŞ prezident administrasiyasındakı mənbələrinin bildirdiyinə görə, Kreml Rusiya-Ukrayna sərhədi yaxınlığında cəmləşmiş qoşunlardan istifadəyə dair qərarı hələ qəbul etməyib, lakin onların sayı və tərkibi Rusiya rəhbərliyinin niyyətləri ilə bağlı ciddi narahatlıq doğurur.... Читать дальше...
Həmin hərbi qulluqçuların ordu sıralarından tərxis edilməsi barədə qərar qəbul olunub.
Moskvadan təklif alındığını noyabrın 18-də baş nazir Nikol Paşinyan da bəyan etmiş, təkliflərin Ermənistan üçün məqbul olduğunu bildirmişdi
Avropa Şurasının rəhbəri Şarl Mişel noyabrın 19-da hər iki liderlə telefonda danışıb