Son sutka ərzində Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 min 631 yeni yoluxma faktı qeydə alınıb. Bu barədə noyabrın 7-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Məlumatda bildirilir ki, virusa yoluxanlardan 1989 nəfəri sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 28 nəfər isə vəfat edib. Qərargahın açıqladığı məlumatda indiyədək Azərbaycanda ümumilikdə 547 min 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 507 min 756-sı sağalıb... Читать дальше...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada səfərdədirlər. Bu barədə noyabrın 7-də Prezidentin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, dövlət başçısı Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak edib. Bundan başqa Prezident Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa şəhər xəstəxanasının təməllərini qoyub. Xəbərdə deyilir ki, dövlət başçısı İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyev Fondu... Читать дальше...
Amerikanın Texas ştatının Hyuston şəhərində “Astroworld” musiqi festivalında izdihamda azı 8 nəfər ölüb, onlarla adam müxtəlif xəsarətlər alıb. Cümə gecəsi məşhur reper Travis Skottun çıxışı zamanı izdiham səhnənin kənarına sıxışmağa başlayanda baş verib. "Bu panikaya səbəb oldu və xəsarətlərə səbəb oldu, insanlar yıxılmağa, huşlarını itirməyə başladılar", - Hyuston yanğınsöndürmə idarəsinin rəhbəri Samuel Penya mətbuat konfransında bildirib. Onun sözlərinə görə, xəstəxanaya 17 nəfər çatdırılıb, onlardan 11-nin ürəyi dayanıb. Читать дальше...
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadla məlumat yayan “İnterfaks” agentliyi görüşün videokonfrans formatında olacağını bildirir.
Çeçenistanın rəhbəri Ramzan Kadırov Moskvada, Novıe Vatutinkidə uşaqla olan kişiyə hücumda “Şimali Qafqazlıların” iştirakı ilə bağlı xəbərlər yayan KİV-ləri tənqid edib. "Hər bir qafqazlı kimi, mən də hər hansı, hətta kiçik bir hadisəyə görə bu əbədi ittihamdan artıq bezmişəm. Bir neçə gün ərzində bütün internet istisnasız olaraq bütün qafqazlıların qeyri-münasib davranışları haqqında bəyanatlarla dolub", - Kadırov yazır. Kadırov, Simonyana onun özünün də qafqazlı olduğunu xatırladıb AzadlıqRadiosunun rus xidməti yazır ki... Читать дальше...
Oktyabrın 22-də Nyu-Meksiko ştatında çəkiliş zamanı yaşanan hadisə həm bütün Hollivudu, həm də dünyanın xeyli hissəsini şoka salıb.
Əli Əliyev və jurnalist Elçin Rəhimzadə Dövlət Təhlükəsizlik Xidmətində bir cinayət işi üzrə şahid qismində sorğu-sual edildiklərini deyiblər.