Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4010 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 2 898 nəfər sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan avqustun 29-də verilən məlumata görə, habelə COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 41 nəfər də vəfat edib: “Azərbaycanda indiyədək ümumilikdə 417 996 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 361 128 nəfər sağalıb, 5 553 nəfər vəfat edib, aktiv xəstə sayı 51 315 nəfərdir” Qərargahdan bildirildiyinə görə... Читать дальше...
Avqustun 29-da Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilən Şuşa şəhərində olub. O, şəhərdə yenidən bərpa və təmir olunan bəzi obektlərin açılışını edib. Bundan başqa bir sıra yeni tikilinin təməlini qoyub.
"Taliban" Əfqanıstanın tanınmış folklor müğənnisi və musiqiçisi Favada Andarabini öldürüblər. Bu barədə musiqiçinin oğluna istinadən "Times Now" məlumat yayıb. Məlumata görə, taliblər onun Bağlan əyalətindəki evəndə avqustun 28-də olublar. Andarabini evindən çıxarıb çöldə güllələyiblər. Müğənni hadisə yerində ölüb. Andarabi mahnılarında dəfələrlə Taliban hərəkatını pisləyib və onunla mübarizə aparanları dəstəkləyib. Musiqiçinin ölümünü Əfqanıstanın keçmiş daxili işlər naziri Məsud Andarabi də təsdiqləyib. Читать дальше...
Yaponiya Rusiya vətəndaşının saxlanması ilə bağlı rəsmi olaraq Moskvanı xəbərdar edib və həmin səxsin Kuril adalarından üzərək Hokkaydo şəhərinə gəldiyini bildirib. Bu barədə RİA Novosti Sapporodakı Baş Konsulluğa istinadən məlumat yayıb. Məlumatda vurğulanır ki, rusiyalı şəhərə qanunsuz daxil olduğu üçün saxlanılıb və hazırda onun Yaponiya ərazisinə necə gəldiyi araşdırılır. Güman edilir ki, o, Kunaşirdən Hokkaydodan ayıran təxminən 25 kilometr suyu üzərək keçib. Bu ehtimalın irəli sürülməsinə... Читать дальше...
Azərbaycanda vaxtı keçmiş kreditlər artmaqdadır. Bu məbləğ 2021-ci il avqustun 1-nə 937.5 milyon manat təşkil edib. Rəsmi məlumatlara görə, problemli kreditlər ilin əvvəlinə nisbətən 5 faiz artıb.
Sinqapur əhalisinin 80 faizi COVID-19 əleyhinə peyvənd vurdurub. Dünyanın ən yüksək peyvənd nisbətlərindən biri halına gətirilən Sinqapur şəhər-dövləti bununla son dərəcə yoluxucu delta variantının yaratdığı infeksiya axınının ağırlığından xilas olmuş olur. Milli kilidlənməyə baxmayaraq, avqustun 29-da Yeni Zelandiyada 83 yeni koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb. Verilən məlumatlara görə, koronavirusun delta variantı iyul ayında Rusiyada 50 min insanın həyatına son qoyub. Hindistanın... Читать дальше...