10 ildən çoxdur ki, Azərbaycanda avtomobil istehsalına başlanılıb. Amma bu sahəninn araşdırıcıları hesab edir ki, bu müddət ərzində yerli avtomobillərin satış tempi aşağı düşüb.
Gürcüstanın Baş naziri Irakli Garibashvili Moskvanın narazılığına baxmayaraq "Krım Platforması" forumunda iştirak edəcək. AzadlıqRadiosunun gürcü xidmətinin məlumatına görə, artıq baş nazir Kiyevdədir. Məlumata görə, foruma Gürcüstanın Baş nazirilə yanaşı xarici işlər naziri David Zalkaliani də qoşulacaq. Ukrayna hakimiyyətin təşkil etdiyi iki günlük forumda 2014 -cü ilin yazında Krımın Rusiya Federasiyası tərəfindən ilhaqı ilə bağlı məsələlər müzakirə olunacaq. Sammit avqustun 23-də Kiyevdə baş tutacaq. Читать дальше...
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı dəstələri Şuşa şəhəri ətrafında bölmələrinin mövqeləri istiqamətində avtomat və pulemyotlardan atəş açıb. Bundan başqa Naxçıvan istiqamətində də atəşkəsin pozulması xəbərləri var.
2021-ci il iyulun 1-i Dövlət Sosial Müdafiə Fondunda 1214,1 min pensiyaçı qeydiyyatda olub. Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Komitə qeyd edir ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir. "Onların 58,8 faizi yaşa, 29,5 faizi əlilliyə, 11,7 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 8,8 faiz artaraq 328,8 manat təşkil edib... Читать дальше...