Borrell deyib ki, Avropa Birliyinin hazırda əsas vəzifəsi, birliyin əməkdaşları və onların yerli köməkçilərini Kabildən evakuasiya etməkdir. Onun sözlərinə görə bu cür yerli işçilərin sayı, ailə üzvləri ilə birlikdə təxminən 400 nəfərdir
Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya arasında 3 tərəfli formatda aparılan bu danışıqlarda , regionda nəqliyyat və kommunikasiya xətlərinin açılması müzakirə olunur.
Talibanın sözçüsü Zabihullah Mücahid bildirib ki, müstəqil kütləvi informasiya vasitələri (KİV) azad şəkildə ölkədə fəaliyyət göstərə bilərlər və hərəkat öz mədəniyyəti çərçivədində KİV vasitələri ilə işləməyə hazırdır
Narkotik və içki aludəçisi olan ər zorakılığı, səksəkə içində keçən ömür Gülnarəni əldən salıb. O deyir ki, dəfələrlə polisə və Sumqayıt rayon İcra Hakimiyyətinə müraciət etsə də, heç bir faydası olmayıb.
"Biz gəlmişik. 30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə”, deyə İlham Əliyev bildirib.
İndi bəzi müşahidəçilər sual edir. Əfqanıstandakı hadisələr ABŞ-Azərbaycan münasibətlərinə necə təsir edə bilər? Azərbaycanın bölgədə əhəmiyyəti azalmayacaq ki? Əfqanıstanı tərk edən qaçqınlar Azərbaycana da gələ bilərmi?
Avqustun 16-da Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva Kəlbəcər, Laçın rayonlarında olublar.
Bir çoxları ötən 20 ildə hökumətlə əməkdaşlıq etdiklərinə, xarici hökumətlər üçün işlədiklərinə görə "Taliban"ın təqiblərindən qorxur. Elə bu səbəbdən ölkədən çıxmaq istəyənlər Kabil aeroportunda çaxnaşma yaradıb.
Biden bildirib ki, Birləşmiş Ştatların missiyası heç vaxt dövlət quruculuğu olmamalıdır. O Əfqanıstan ordusunu yaraqlılarla vuruşmaq istəməməkdə günahalandırıb.