Son sutka ərzində Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 921 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan 1 382 nəfərin sağaldığı bildirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahdan dekabrın 19-da verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər də vəfat edib. Açıqlamaya görə, indiyədək Azərbaycanda ümumilikdə 610 min 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 586 min 666-sı sağalıb, 8 min 199-u vəfat edib, aktiv xəstə sayı 15 min 453-ə yüksəlib. Читать дальше...
Ukrayna ilə bağlı Rusiyaya xəbərdarlıqlar davam etməkdədir. Bu dəfə belə bir xəbərdarlıq Almaniyanın iqtisadiyyat naziri Robert Habekdən gəlib. Nazir dekabrın 19-da Almaniyanın "Frankfurter Allgemeine" qəzetinə verdiyi müsahibəsində deyib ki, Rusiyadan Almaniyaya gedən “Şimal axını 2” təbii qaz kəməri Moskvanın Ukraynaya hücumu halında “ağır nəticələrlə” üzləşə bilər. "Hər hansı yeni hərbi əməliyyat ağır nəticələrsiz qala bilməz", - deyə Habek Ukrayna sərhədində Rusiya qoşunlarının yerləşdirilməsinə istinad edərək bildirib. Читать дальше...
Koronavirusun Omikron stammının yayılması ilə bağlı qorxular dərinləşdikcə Avropada yeni məhdudiyyətlər qüvvəyə minir. Bəzi Avropa ölkələri artıq Omikronun qarşısını almaq və onun yayılma tempini zəiflətmək üçün məhdudiyyətləri geri qaytarırlar. Beləki Hollandiya dekabrın 19-dan ciddi bir milli karantin elan edib. Omikron variantının artması London merini şəhər xəstəxanalarına yardım etmək üçün hərəkətə gətirib. Hollandiyanın Baş naziri Mark Rutte, omikron variantının səbəb olduğu yeni infeksiya... Читать дальше...
Bu dəfə 10 erməni hərbçisinin geri qaytarılması Avropa İttifaqının vasitəçiliyi ilə baş tutub.
"The Matrix" seriyasından olan yeni film – "The Matrix Resurrections"ın çıxması ətrafında yaranan həyəcan filmin bugünədək hələ də sevildiyini göstərir.
Rusiya dekabrın 18-də Belarusun qərb sərhədlərinə iki strateji bombardmançı təyyarə göndərib. Bu barədə Belarus hakimiyyəti məlumat yayıb. Qərb mediası hər iki təyyarənin nüvə başlıqları daşımaq qabiliyyətinə malik olmasına diqqət yetirir. Qərb agentliklərinin bildirdiyinə görə, iki Tu-22M3 bombardmançı təyyarəsi həm Belarus, həm də Rusiya hava bölmələrinə təyin edilmiş Su-30SM qırıcılarının müşayiəti ilə patrul həyəta keçirir. Belarus Müdafiə Nazirliyi iki Tu-22M3 təyyarəsinin uçuşunun təxminən dörd saat davam etdiyini bildirib. Читать дальше...