Azərbaycanda son sutkada 1394 koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma halı qeydə alınıb, bu virusa yoluxanlardan 1791 nəfəri sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 5-də yaydığı məlumatda belə deyilir. Məlumatda bildirilir ki, analiz nümunələri pozitiv çıxan 20 nəfər ölüb. Operativ Qərargahın açıqlamasında bildirilir ki, indiyədək ölkədə ümumilikdə 596 min 388 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. İndiyə qədər virusa yoluxanlardan 564 min 577 nəfəri sağalıb... Читать дальше...
Azərbaycan xarici işlər nazirliyinin sözçüsü bu görüşdən qarşı tərəfin təxribatına cavab olaraq imtina edildiyini bildirir.
ABŞ Konqresinin Nümayəndələr Palatasında respublikaçılar məktəbləri kommunizm tarixini tədris proqramlarına daxil etməyə təşviq edən qanun layihəsi təqdim ediblər. Sənədi mətbuat konfransında Floridadan olan konqresmen, kubalı mühacir ailəsində doğulmuş Mariya Salazar təqdim edib. Layihəni Amerika parlamentinin aşağı palatasının 60 üzvü hazırlayıb. Salazar, 1997-2012-ci illər arasında anadan olan "Z" nəslinin üçdə birinin kommunizmi dəstəklədiyini və əhalinin 40 faizindən çoxunun "marksizm haqqında çox az şey bildiklərini" söyləyib. Читать дальше...
Indiewire saytı 2022-ci ilin "Oskar" mövsümündə uğurlu olacağı düşünülən 15 film haqqında yazı dərc edib.
Ağ Evin yaydığı məlumatda deyilir ki, Prezident Bayden ABŞ-ın Rusiya hərbçilərinin Ukrayna ilə sərhəddə hərəkətləri ilə bağlı narahatlığını vurğulayacaq və ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiq edəcək.