İsraildə Sovet Yəhudiləri üçün vətənə qayıtmaq hüququ uğrunda mübarizə aparan fəal İda Nudel 90 yaşında İsraildə vəfat edib. Ida Nudel 27 aprel 1931 -ci ildə Novorossiyskdə anadan olub. Atası İkinci Dünya Müharibəsində həlak olub. Anası iki qızını təkbaşına böyüdüb. Ailə sonra Moskvaya köçüb. Nudelin SSRİ -dən getmək üçün 1971 -ci ildə etdiyi müraciət rədd edilib. Bu addımına görə işdən çıxarılıb. O, 1977 -ci ildə Sovet ittifaqını tərk etmək üçün yenidən müraciət edib, amma uzun müddət cavab ala bilməyib. Читать дальше...
Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1734 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 3 378 nəfər sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan sentyabrın 19-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 25 nəfər də vəfat edib. Qərargahın açıqlamasına görə, Azərbaycanda indiyədək ümumilikdə 472 719 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 434 095-İ sağalıb, 6 305-İ vəfat edib, aktiv xəstə sayı 32 319-Ə düşüb . Читать дальше...
Rusiya vətəndaşları Dövlət Dumasına 450 deputat seçməlidirlər - 225 -i birmandatlı dairələrdən, 225 -i isə partiya siyahılarından. Dumada sadə çoxluq üçün 226, konstitusiya üçün 300 mandat tələb olunur. Kamçatka və Çukotkada yerli vaxtla 20: 00 -da (Moskva vaxtı ilə 11:00) səsvermə başa çatıb. Səsvermənin ilk iki gününün nəticələrinə görə, seçki fəallığı (ilhaq edilmiş Krım nəzərə alınmaqla) 35,5 faiz olub. Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova bildirib ki, şənbə günü ən aşağı fəallıq - 15 faizdən az - Sankt -Peterburq... Читать дальше...
İrana gedən əsas yolun sağ və solunda mağazalar fəaliyyət göstərir. Onların bir çoxu işləmir. Bağlı mağazaların üstündə “İcarəyə verilir” sözləri yazılıb. İşləyən mağazalar da az deyil. Bu mağazalar İrandan gətirlmiş mallarla doludur. Alıcı isə gözə dəymir...
Son vaxtlar bəzi məhbus ailələri və təhlilçilər deyirlər ki, Azərbaycanda siyasi məhbus məsələsi bir xeyli gündəmdən çıxıb. Onların vurğulamasına görə, bu mövzunu həm yerli hüquq müdafiəçiləri, həm də beynəlxalq təşkilatlar ikinci plana keçiriblər.
"Hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumatın sonradan tamamilə əks formada təqdim edilməsi anlaşılan deyildir.”