Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş - 2021” beynəlxalq təliminin açılışına həsr olunan mərasim keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib. Məlumata görə, Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Hikmət Mirzəyev tədbirdə çıxış edib. Bildirildiyinə görə, O "Üç qardaş - 2021" beynəlxalq təlimlərinin hər üç ölkənin hərbi qulluqçuları arasında geniş təcrübə mübadiləsi aparılması... Читать дальше...
Dövlət istiqrazlar sataraq vəsait əldə edir. Bu yolla dövlət borclanır, şirkətlər isə qazanır. AzadlıqRadiosunun araşdırması nəticəsində üzə çıxan sənədlərdən görünür ki, dövlətin ən çox borclandığı üç bank ölkə prezidentinin ailəsinə məxsusdur.
Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 3893 nəfər sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu gün, sentyabrın 12-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 38 nəfər də vəfat edib. Qərargahdan vurğulandığına görə, indiyədək ölkədə ümumilikdə 460 092 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 409 404-i sağalıb, 6 103-ü vəfat edib, aktiv xəstə sayı 44 585-ə yüksəlib. Читать дальше...
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının vəzifəsindən ayrılmaq üçün ərizə yazdığı bildirilir. Azərbaycanın bir sıra kütləvi informasiya vasitələrinin xəbərinə görə, bu barədə O, Tvitter hesabında yazıb. "Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm", deyə onun yazdığı vurğulanır. Məlumata görə, o qeyd edib ki, istər 44 günlük haqq savaşlarında ( ötən ilki İkinci Qarabağ müharibəsi), istərsə... Читать дальше...
Azərbaycanın Müdafiə Nazirliyi başqa ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz keçməsi ilə bağlı Rusiyanın Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlayıb.
Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlandığı bildirilir. Bu barədə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevə istinadən yerli saytlar məlumat yayıb.
Biden administrasiyası Özbəkistana sığınan bir qrup əfqan hərbi pilotlarının ABŞ hərbi bazasına köçürülməsi ilə bağlı Daşkəndlə razılığa gəlib. Bu barədə Wall Street Journal məlumat yayıb. Jurnal xəbər verir ki, Əfqanıstnı ələ keçirən Taliban Özbəkistana pilotları və onların texnikasını Kabula təhvil vermələri üçün təzyiq göstərir. Həmin pilotlar Talibandan qorunmaq üçün ötən ay ailələri ilə Əfqanıstan hərbi təyyarələri ilə Özbəkistana uçublar. ABŞ pilotların ölkələrinə qaytarılacağı təqdirdə öldürülə biləcəyindən qorxur. Читать дальше...