10 min manatlıq elektrik naqili oğurlayan şəxs
Nəsimi rayonunda yerləşən obyektlərin birindən 10 min manat dəyərində elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub. Day.Az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Tərlan Əhmədzadə müəyyən edilərək saxlanılıb.