Malların qaytarılması və dəyişdirilməsi hansı hallarda MÜMKÜNDÜR? - Ekspert hüquqlarınızı
"Əgər məhsul istehlakçının tələbinə uyğun deyilsə, yəni ölçüsü, forması və ya modeli uyğun gəlmirsə istehlakçı onu aldığı ünvana qaytarmaq və ya dəyişdirmək hüququna malikdir". Bunu Day.Az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.