Bu dərmanları çayla qəbul etmək təhlükəli ola bilər
Farmasevtlər xəbərdarlıq edir ki, bəzi çay növləri dərmanların təsirini azalda və ya yan təsirləri artıra bilər. Day.Az xəbər verir ki, xüsusilə aspirin, dəmir preparatları, fol turşusu, parasetamol, omeprazol, allergiya və hamiləlikdən qoruyucu dərmanlarla çayın birlikdə qəbulu risk yarada bilər.