Milli Məclis işinə başladı, yeni sədr qadındır - YAPçı deputat Sahibə Qafarova. Azərbaycanda daha iki nəfər koronovirusa tutulub, kütləvi tədbirlər təxirə salınıb.
"Sovet dövründən bəri bu yollar təmir üzü görməyib"
Polis Bakıda feministlərin 8 mart aksiyasının iştirakçılarından olan Aysel Ələkbərzadənin intihara cəhd etdiyi haqda məlumat yayıb.
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa yoluxma hallarının artmasını, virusun coğrafiyasının genişlənməsini nəzərə alaraq dövlətlərin preventiv tədbirləri gücləndirməsi və kütləvi tədbirlərin təxirə salınması təşəbbüsü ilə çıxış edib. Bu barədə Azərbaycan Nazirlər Kabineti yanında operativ qərargah bu gün, martin 10-da məlumat yayıb. Qərargah vurğulayıb ki, bununla əlaqədar Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri ləğv edilir... Читать дальше...
"Əvvəl dedilər səbəb koronavirusdu, sonra dedilər qonşular sizdən şikayət edib..."
Növbədənkənar parlament seçkilərdən sonra Milli Məclisin tərkibi tam yenilənməsə də, rəhbərliyi bütünlükdə yeniləndi. Sədr də, müavinlər də dəyişdi. Azərbaycanda son 30 ildə ilk dəfə parlamentə qadın sədrlik edəcək. Hakim Yeni Azərbaycan Partiyasının üzvü Sahibə Qafarova bundan öncə iki dəfə - IV və V çağırış Milli Məclisdə təmsil olunub. O, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti üzvlərindəndir. Milli Məclis sədrinin birinci müavini vəzifəsinə deputat Əli Hüseynli seçilib. Adil Əliyev və Fəzail İbrahimli sədrin müavinləri olacaqlar. Читать дальше...
Hələ 2014-2015-ci illərdə dünyada neftin qiyməti kəskin (3 dəfədən çox) düşəndə Azərbaycanda hökumət qeyri-neft sektorunun inkişafını qarşıya məqsəd qoyduğunu açıqlamışdı. Sonrakı illər neftin qiymətində müəyyən artım özünü göstərməyə başladı. Amma son həftələr «qara qızıl»ın 50 dollar civarından 30-35 dollara düşməsi yenidən qeyri-neft sektorundakı durumu aktuallaşdırmaqdadır... 5 il əvvəl və indi ReAL Partiyasından olan iqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna deyib ki, faiz etibarilə ölkədə neftdən asılılıq 5 il öncə necə idisə... Читать дальше...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş mühasibi olmuş İlqar Hacıyev keçmiş nazir Hüseynqulu Bağırovu yeyintidə suçlayır. Onun iddiasına görə, təkcə çalışdığı departamentin rəhbəri hər ay nazirə 10 min manat çatdırırmış. Həmin pullar adları işçi kimi göstərilən, amma işləməyən şəxslərin maaş kartlarındakı vəsait hesabına ödənilirmiş. İ.Hacıyev bütün bunları öz məhkəməsində söyləyib. O, departamentin keçmiş rəhbəri Əkbər Həsənov və bu qurumun daha üç işçisi - Orxan Qasımov... Читать дальше...
Milli Məclisə yeni sədr və onun müavinləri seçilib Milli Məclisin yeni tərkibdə bu gün, martın 10-da keçirilən ilk iclasında I vitse-spiker və vitse-spikerlərin seçilməsi məsələsi də müzakirə edilib. Səsvermə nəticəsində YAP-ın namizədi Əli Hüseynli I vitse-spiker, Adil Əliyev (bitərəflərin namizədi) və Fəzail İbrahimli (parlamentdə azlıq təşkil edən partiyaların namizədi ) isə vitse-spiker seçilib. Ə.Hüseynli V çağırış Milli Məclisdə Komitə sədri olub. A.Əliyev və F.İbrahimli də deputat kimi V çağırış Milli Məclisdə təmsil olunublar. Читать дальше...
'Interfax' agentliyi yazır ki Rusiya hökuməti daxili bazarda xarici valyuta alışını dayandırıb. Buna səbəb neftin qiymətinin düşməsindən dolayı ölkənin maliyə sistemində yaranmış yeni vəziyyətdir.