Gürcüstanda hakim və müxalif partiyaların liderləri seçki islahatlarının keçirilməsinə dair razılaşma əldə ediblər. Bundan əvvəl bu məsələ ilə bağlı xarici vasitəçilərin dəstəyi ilə danışıqlar keçirilir, arabir isə zorakılıqla yatırılan etiraz aksiyaları baş verirdi. ABŞ-ın Tbilisidəki səfirliyi bildirib ki, 8 mart sazişi “bu il keçiriləcək parlament seçkilərindən əvvəl Gürcüstanda siyasi mühitin qütbsüzləşdirilməsi və normallaşdırılması yolunda həlledici addımdır”. Bundan əvvəl müxalifət partiyaları... Читать дальше...
İmişlidə Lombarddan borca pul götürənlər etiraz edir. Girov qoyduqları qızılı geri ala bilmirlər deyə. İtaliyada koronovirusdan 1 sutkada 366 xəstə ölüb. Azərbaycanda isə tibbi maskalarla bağlı saxlananlar var
Bu gün, martın 9-da İmişli şəhərində etiraz aksiyası olub. Bir qrup rayon sakini şəhərin mərkəzində yerləşən «Dəniz lombard»ın qarşısına toplaşıb. Onlar kredit təşkilatından vaxtilə borc pul qarşılığında girov qoyduqları qızıl-zinət əşyalarının qaytarılmasını tələb ediblər. Polis etirazçıları ərazidən kənarlaşdırıb. «Aylardır ki, bizi get-gələ salıblar» AzadlıqRadiosuna danışan İmişli şəhər sakini Rasəf Rüstəmov bildirib ki, onlar şikayətlərinin ölkə başçısına çatması üçün bu addımı atıblar: «Adamlar... Читать дальше...
Son günlər neft dünya bazarında kəskin ucuzlaşmaqdadır. Ötən həftə 1 barrelinin qiyməti 50 dollar civarında dəyişən «qara qızıl» bu gün -martın 9-da, səhər 33 (Brent) dollara düşüb. WTI markalı neftin 1 barrelinin dəyəri isə 30 dollardan da aşağıdır. Prezidentin fərmanı ilə yaradılan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı hələ bir həftə əvvəl demişdi ki, Azərbaycan neftin hətta hər barrel üçün 30 dollardan da aşağı həddinə immunitet qazanıb. «İndiki halda deyim ki... Читать дальше...
"Azərbaycanda tibbi xidmət ABŞ standartlarına uyğun gəlmir. Bəzi yerlərdə sadə tibbi ləvazimatlar tapılmaya bilər. Amerikalılar səfərdən əvvəl bu amilləri və öz sağlamlıq durumlarını nəzərə alsınlar".