Zaqatalada bir ailənin 7 üzvü zəhərlənib
Xəstəxanadan verilən məlumata görə, onların hamısı bir ailənin üzvləridirlər. Müayinə zamanı məlum olub ki, axşam yeməyindən sonra ikisi azyaşlı olmaqla 7 nəfərin vəziyyəti pisləşməyə başlayıb və onlarda zəhərlənmə əlamətləri müşahidə olunub.